Dedin ki; "qocalmısan!"
Guya "cavan" olmuşam.
Gəncliyimi almısan,
Min il yaşa dolmuşam.
Bu zamanda cavanlıq
Ömrə necə yaradı?
Ayaq saxla bir anlıq,
Sənin dünyan haradı?
İndi yüz də söylə sən;
"Axı hələ cavanam!"
Gedir karvan, əylə sən
Bacar, ay atam-anam!
03.09.13.