Gün geldi ağladığım günlere ağladım. hz. ebubekir
eflatun.kesheli
eflatun.kesheli

POMİDORLA KƏNDLİNİN DEYİŞMƏSİ

Yorum

POMİDORLA KƏNDLİNİN DEYİŞMƏSİ

( 1 kişi )

1

Yorum

0

Beğeni

5,0

Puan

860

Okunma

POMİDORLA KƏNDLİNİN DEYİŞMƏSİ

Çox gözəl bostan bitkisi olan pomidor əvvəllər yaxşı gəlir verirdi. Son zamanlar torpağın yavanlaşması bu bitkiyə ciddi təsir etdi. İstənilən məhsul ələ gəlmədi. Yazıq kəndli nə qədər əlləşdi-vuruşdu, bir nəticə olmadı. Axırda çarəsiz qalıb bostanla deyişməyə başladı.

Kəndli:
Yalvarıram, əl-amanda qalmışam,
Salma məni gəl azara sən allah.
Bütün yazı qulluq edib becərdim,
Yay gəlibdi, çıx bazara sən allah.

Pomidor:
Neyləyim ki əl-amanda qalmısan,
Yalvarmaynan mən bizara sən allah.
Suyum yoxdu, quruyuram kökümdən,
Peyin üçün get düz ara sən allah.

Kəndli:
Ümidimi bağlamışdım bir sənə,
Çəkmə dağı dağ üstündən gəl mənə.
Düzüm-düzüm al pomidor ver yenə,
Gün vuranda bir qızara sən allah.

Pomidor:
Nahaq yerə salma özünü dərdə,
Qohum-qonşu Rusetdədi alverdə.
Nə tapmısan şoran olan bu yerdə?
Qazanc üçün get iz ara sən allah.

Kəndli:
Çox əlləşdim, dərmanını bol edim,
Səni qoyum indi hara mən gedim?
Qazanc yoxdu özgə yerdə, bəs nedim?
Töhmət etmə mən ah-zara sən allah.

Pomidor:
Qara çora dərmanımı bilmirsən,
Ağlayırsan, göz yaşını silmirsən.
Çarəsizsən, bir utanıb ölmürsən,
Sürüş üzü düz məzara sən allah.

Bunu eşidən şair kəndliyə üz tutur:

Kəndli qardaş, yaman dolub-daşmısan,
Dərd deməyə bir söz ara sən allah.
Gümbüldənib ipə-sapa düzməyə,
Kədərinə tay söz ara sən allah.

Eşitmişdim əkinçidən gileylər,
Görməmişdim pomidor da söz deyər.
Susuz şitil öz-özünə nə eylər?
Gəl həyadan bir üz ara sən allah.

Pomidorun nə günahı ay kişi,
Durub-durub uzadırsan bu işi.
Salma üzə, gəl eyləmə təşvişi,
Düşmə belə dərd-azara sən allah.

Əflatuna çatdı sənin əhvalın,
Yazdı-düzdü ağ kağıza bu halın.
Bəsdi yetər, salma ta qalmaqalın,
Özü deyir: "Get məzara sən allah".

Paylaş:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (1)

5.0

100% (1)

Pomidorla kƏndlinin deyişmƏsi Şiirine Yorum Yap
Okuduğunuz Pomidorla kƏndlinin deyişmƏsi şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
POMİDORLA KƏNDLİNİN DEYİŞMƏSİ şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Vagif Seyyah Hüseynov
Vagif Seyyah Hüseynov, @vagif-seyyah-huseynov
22.7.2013 10:49:51
5 puan verdi
Üreyinize,könlünüze sağlıq Efltun Müellim.salam ve sayğılar

Vagif tarafından 7/22/2013 10:50:40 AM zamanında düzenlenmiştir.
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL