2
Yorum
1
Beğeni
5,0
Puan
2509
Okunma
Huşum cəm olmayır, fikrim dağılır,
Yavaş-yavaş qocalıram deyəsən.
Kövrəlirəm hər deyilən sözlərə,
Bala-bala qocalıram deyəsən.
Xatirələr minnət qoyur boynuma,
Atır məni dəryaların qoynuna.
Mat qalmışam mən fələyin oynuna,
Aram-aram qocalıram deyəsən.
Yanan közə dönüb hərdən coşuram,
Dəniz kimi çalxalanıb, daşıram,
Hərdən bir də yaralarımı deşirəm,
Asta-asta qocalıram deyəsən.
Tez-tez düşür yada keçən günlərim,
Bir quş kimi əldən uçan günlərim,
Uzaqlaşıb, məndən qaçan günlərim,
Ahəstəcə qocalıram deyəsən.
Saç ağarıb, diş tökülüb, Əflatun,
Əl titrəyir, diz bükülüb, Əflatun,
Bağ-bağçanda qəm əkilib, Əflatun,
Yana-yana qocalıram deyəsən.
5.0
100% (1)