7
Yorum
0
Beğeni
5,0
Puan
1462
Okunma
Hər zaman
Bilmədinmi, çıxmayırsan başımdan,
Sevgiliyin canındasan hər zaman?
Düşünmədən ürəyinə tələsdin,
Damarında, qanındasan hər zaman!
Həsrətindən damla-damla əridim,
Gecə-gündüz səni deyib qarıdım.
Birdəfəlik kirpiyimə sarıdım,
Gözlərimin önündəsən hər zaman!
İndi gərək eşq başımda gələm mən,
Ayrılığı parçalayam, dələm mən.
Sənə güllü don aldım ki, biləm mən,-
Öz anamın donundasan hər zaman!
Sənsiz keçən hər dəqiqəm azardı,
Cəlaloğlu bu dünyadan bezardı.
Yaxa açıq, əhvalı şux gəzərdi,
Bilsəydi ki, yanındasan hər zaman!
Elbəyi Cəlaloğlu
5.0
100% (5)