1
Yorum
0
Beğeni
5,0
Puan
907
Okunma
QAYIT ÜRƏYIİMƏ, QAYIT KÖNLÜMƏ!
Gözlərim yol çəkir hər gün, hər saat,
Qayıt ürəyimə, qayıt könlümə!
Bəlkə eşqimizi sınayır həyat?
Qayıt ürəyimə, qayıt könlümə!
Gəl kəsək hicranın hay-harayını,
Viran qoy qəlbimin qəm sarayını.
Bir yerdə yaşayaq bayram ayını,
Qayıt ürəyimə, qayıt könlümə!
Şığıyan sellərmi ayırdı bizi,
Kim dedi şeytana bu sevgimzi?
Gəlsən bağışlayaq bir-birimizi,
Qayıt ürəyimə, qayıt könlümə!
Parla, Günəşim ol, qıyma yaşıma,
Ay kimi dolanım, dönüm başına.
Elbəyi can desin hər baxışına,
Qayıt ürəyimə, qayıt könlümə!
Elbəyi Cəlaloğlu
5.0
100% (1)