1
Yorum
0
Beğeni
0,0
Puan
814
Okunma
Haqq üçün yaşa!
Var-dövləti əbəs sayıb boşladım,
Kasıblıq qapımı açdı təpiklə.
Bu gün beş qəpiklik ömür yaşadım,
Dünən borc aldığım bircə qəpiklə.
Qınayan çox oldu, qınamayan az,
Hər insan Haqq üçün yaşaya bilmir.
Tanrının verdiyi gözəllikləri,
Tanrının özünə daşıya bilmir.
Ha yana üz tutum indi bilmirəm,
İt hürənə gedim, işıq gələnə?
Dəli, - desələr də mənə bu gündən,
Mən də güləcəyəm mənə gülənə.
Əziziyəm sev daimi,
Qəm-qüssədi sevda yemi.
Bircə kərə görəmmədim
Ömür boyu sevdiyimi.
Elbəyi Cəlaloğlu