1
Yorum
0
Beğeni
0,0
Puan
908
Okunma
Qızım Ürfanə ilə deyişmə
– Ata, nədən belə qəmli durursan?
– Qızım, kəndimizə gedəsim gəlir.
– Ata, nələr düşüb yadına sənin?
– Yollara, izlərə həvəsim gəlir.
– Ata, hövsələni çəkmə tarıma!
– Həsrət köz basıbdı, qızım, yağrıma.
Atamı, anamı basıb bağrıma,
Üzündən, gözündən öpəsim gəlir.
– Ata, gəl kədərdən çələng toxuma!
– Evimiz girmişdi qızım, yuxuma.
– Ata, bəsdi daha, qəmli oxuma!
– Yox, qızım, ürəkdən qəm səsim gəlir.
– Ata, götür sazı dilləndir simi,
Sındır dövrəndəki qara tilsimi.
– Qızım, sən atanı dinləyən kimi,
Atama bir qulaq asasım gəlir.
– Ata, Ürfanəni saldın oyuna.
– Elbəyi qurbandı qızım, boyuna.
– Ata, qoy sarılım, nolar boynuna,
– Sarıl, qucağında öləsim gəlir.
Elbəyi Cəlaloğlu