İntikam alıp da sonunda pişman olmaktansa, affedip de pişman olmak daha iyidir. cafer b. muhammed
elbeyicelaloglu
elbeyicelaloglu

Allah havası

Yorum

Allah havası

0

Yorum

0

Beğeni

0,0

Puan

752

Okunma

Allah havası





Allah havası
Şair Rövşən Nəsiboğludan eşitdiyim olay

Bir ana oynayır oğul toyunda,
Oynayır bir qeyri-adi oyunda.
Bir ana oynayır oğul toyunda,
Başqa sükutu var bu gün toyun da.

Bir ana oynayır oğul toyunda,
Oynayır, bir dəli oynarmış kimi.
Ağlınımı aldı fələk əlindən,
Ürəyi buz imiş, qar imiş kimi?

Bir ana oynayır oğul toyunda,
Əlləri havada axtarır nəsə.
Ayaqları yalın, saçı dağınıq,
Kibritsiz od vurur baxan hər kəsə.

Bayaq toy evinə gəlmişdi xəbər,
Yolda bəy maşını alıbdı xətər.
Puç oldu bir anda arzusu, kamı,
Təlaş içindəydi bu toyda hamı.

Sağdışla, soldışla yığışıb dama,
Az öncə getmişdi bu bəy hamama.
Bir qəza baş verdi, yolda bir qəza,
Sanki, insan üçün ən qəddar cəza.

Ana oynayırdı oğul toyunda,
Nə çalınır zurna, nə vurulur dəf.
Kimiydi tuş gələn tale oxuna,
Oğulmu hədəfdi, anamı hədəf?

Ana oynayırdı oğul toyunda,
Nə duyur qulağı, nə görür gözü.
Nə yerin üstəydi, nə göyün altda,
Tükənib ümidi, qurtarıb sözü.

Ana oynayırdı, oynayırdı hey,
Atdı örpəyini şabaş tək yelə.
Deyən zurna çalan mələklər imiş,
Dəf vuran Allahın özüymüş elə.

Söz demək mənasız, toxunmaq əbəs,
Qoy ana oynasın – düşündü hər kəs.
Yorulub yıxılar bir azdan yerə,
Bəlkə, qalib gəldi bu dərdə, sərə.

Bu an maşın gəldi həyətə doğru,
Yarıldı hər kəsin ürəyi, bağrı.
Bəyi düşürdülər qanın içində,
Toy vaya dönmüşdü anın içində.

Öz aləmindədi, ana süzür hey,
Qohumu, qardaşı, dostu üzür hey.
Duymayır atanın haray səsini,
Eşitmır heç kəsin ah-naləsini.

Dəyişdi bir anda hər şey kökündən,
Ayıldı sərxoşlar toydan, düyündən:
– Bir bax nələr etdik sevinə, sevə,
Bu gün gələcəkdi gəlnimiz evə.

Təbimi dəyişdi birdən taleyin?
Çevirdi yönünü sanki hər şeyin.
Ana oynayırdı oğul toyunda,
İslanıb kədərin, qəmin suyunda.

Açıldı darvaza o tay-bu taya,
Bir maşın karvanı gəldi qapıya.
Gəlin gətirmişdi bu evə karvan,
Qaradaban imiş sən demə sarvan.

Yetişdi bir anda eldən hər kişi,
Alimi, çobanı, yaxşısı, pisi.
Biri toya gəlib bərli, bəzəkli,
Biri vaya gəlib dizi döyəkli.

Sevəni, sevdiyi, hər inciyi də,
Öndəki maşının gəlinciyi də,
Hamı mat qalmışdı belə səhnəyə,
Gəldi bir-birinə el dəyə-dəyə.

Gəlinin gözündən qanlı yaş axdı,
Hələ görünməmiş ildırım çaxdı.
İndi ağlayırdı o qəlbi daşlar,
Kimə üsyan etsin kirpiklər, qaşlar?

El yasa batmışdı, el öz qəmində,
Ana oynayırdı öz aləmində.
Bacı yolur saçın, cırır üzünü,
Ana oynamaqda üzür özünü.

Bir ana oynayır oğul toyunda,
Nə zurna səsi var, nə qaval səsi.
Bir ana oynayır oğul toyunda,
Çalınır beynində “Allah havası”.

*


Dərd də oynadırmış demə adamı,
Onun öz havası, öz “nəğməsi” var.
Sərt də oynadırmış demə adamı,
Qəmin, kədərin də öz nəşəsi var.

Dərddən oynayanın süzülməz yaşı,
Dərddən oynayanın yoxdu qardaşı,
Dərdin nə ayağı, dərdin nə başı,
Dərdin özü boyda bir şələsi var.

Dərdi öldürməyə bir təpər gərək,
Dərdə mətanətdən bir çəpər gərək,
Dərdə dərd olası bir sipər gərək,
Dərdin dərd adında bir lələsi var.

Dərd də dərd olammaz dərdlərdən doysa,
Elbəyi, nə ömrü, qədəri buysa?
Lap fələk qarnını yerə də qoysa,
Allahın dərdlərə bir tələsi var.

Elbəyi CƏLALOĞLU



Paylaş:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 
Allah havası Şiirine Yorum Yap
Okuduğunuz Allah havası şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Allah havası şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Bu şiire henüz yorum yazılmamış.
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL