0
Yorum
0
Beğeni
0,0
Puan
993
Okunma
Gəzir
Cismim günahla dolu,
Paltar geyib yan gəzir.
Varlığından utanıb,
Daldada pünhan gəzir.
Suçundan yer yırğanır,
Təqsirlə cahan gəzir.
Mən ədalət aradım,
Dedilər ki, qan gəzir.
Amma, bir ağ üzlü ər
İçimdə üryan gəzir.
Sığındım öz könlümə
Gördüm ki, ürfan gəzir.
Elbəyi Cəlaloğlu