Alçak ruhlu olanlar para arar, yüksek ruhlu olanlar ise saadet arar. ostrovski
elbeyicelaloglu
elbeyicelaloglu

Həllaclı Mənsur

Yorum

Həllaclı Mənsur

( 1 kişi )

2

Yorum

1

Beğeni

5,0

Puan

1279

Okunma

Həllaclı Mənsur




Həllaclı Mənsur

Türkün sinəsindən bir nəğmə qopdu,
Qamların dilində ruhlara hopdu.
Göyərdi qopuzdan ulu bir şaman,
Tanrını aradı göydə hər zaman.
Bu göy düşüncənin, fikrin göyüydü,
Tanrının odası, haqqın öyüydü.
Olsa da qüdrəti sultanın, xanın,
Bir hökmü varıymış hər bir zamanın.
Milyon illər keçdi bu yaranışdan,
Bəşər agah oldu yeni bir işdən.
İslam dünyamıza verdi qol-qanad,
Fövqəl düşüncədən doğdu Məhəmməd.
Yeni işıq saldı Haqqın yoluna,
Hümməti baş əydi ürfan oğluna.
Yetişdi türklərə yeni səadət,
İslam dilimizlə edəndə vəhdət.
Mənsur öndəriydi bu fəzilətin,
Bu pak düşüncənin, saf təriqətin.
Bir qapı açıldı Allah yoluna,
Dərvişlik, sufilik dedilər ona.
Tanrıdan insana yetişdirdi sur,
Mürşidlər mürşidi Həllaclı Mənsur.
O, könül bağladı böyük Allaha,
Üzünü naqislər görməz bir daha.
O, Haqqın özündən süzülüb gəldi,
Yenidən Tanrıya doğru yüksəldi.
O, haqqı aradı bilən olmadı,
Tanrıya hayladı gələn olmadı,
“Ənəlhəqq” söylədi bütün bəşərə,
Uydu oyunbazlar böhtana, şərə.
Onu çəksələr də çarmıxa, dara,
Könlü sadiq qaldı yenə də yara.
Soysa da dərisin aramla dabbaq,
“Ənəlhəqq” söylədi hər andan qabaq.
Sıçradıqca qanı “ənəlhəqq” dedi,
Ayrıldıqca canı “ənəlhəqq” dedi.
Çiçəklər bitirdin, ey ulu babam!
Övliyyalar gördü bu elim, obam.
Səni duymadılar zatıqırıqlar,
Ruhu olmayanda olmaz iftixar.
Yandırdılar səni o yaramazlar,
Düşüncəsi kasad, fikri dayazlar.
Döndərdilər səni bir ovuc külə,
Bəşər bu vəhşəti görməmiş hələ.
Atdılar külünü çaya darğalar,
“Ənəlhəqq” qışqırdı coşan dalğalar.
Yenidən boy verdi Tanrının ahı,
Qabilin, Habilin buydu günahı.
O gün insanlığı saldılar taxtdan,
Günahla qovulmuş cənnətdən insan.
Sən Allahdan müjdə, peyğəmbərdən sur,
Sən ey ulu babam – Həllaclı Mənsur!
Yaraşmayır sənə qurama ad-san,
Pambıqçı, yun çırpan, yorğan sırıyan.
Varmıdır gördüyü işlərə dair,
Özünə təxəllüs götürsün şair?
Daş yonan olardı gör neçə kişi,
Balıqçı şairi, ovçu dərvişi.
Dərvişlik peşə döy, şairlik sənət,
Aşiqin qəlbində Haqqa mərhəmət.
Onlar İlahidən əbədi surdur,
Onlar insan deyil, bir parça nurdur.
Həllac türk boyu tək kökün var sənin,
Altundan, incidən yükün var sənin.
Mürşidlərin piri – Oğuz baban var,
Bizi haqqa çəkən qam var, şaman var.
Türk kökənli döymü doğulduğun yer,
Bəyza vilayəti, türk obası Tur?
Ölmədin, ruhunu verdin millətə,
Yol açdın bir ülvi şana, şöhrətə.
Gəldi yəsəvilər, nəqşbəndilər,
Hər biri Tanrıya bağlı bənddilər.
Rumilər doğuldu qətiyyətindən,
Sevgilər süzüldü saf niyyətindən.
Bektaşi haqq üçün tərpətdi simi,
Boy atdı kökündən neçə nəsimi.
Sufi aləmində şah taclı Mənsur,
Ey, pirim, mürşidim – Həllaclı Mənsur!
Əbədi məşəlin sirli atəşi,
Ruhları oyadan səhər günəşi,
Düşdü şəfəqlərin lap apogeyə
Əbədi məhvər tək dayandın göyə.
Sən millət oğlu yox, bəşər oğlusan,
Sən türk ulusunun gövhər oğlusan,
At – dedin insana – qəlbindən şəri,
Olarsan Allahın tam bir bənzəri.
Yaradan olurlar ürəyi saflar,
Haqqı duymayanın nə qiyməti var?
Sənə babam dedim, mürşidim dedim,
Bəlkə də cismimdə sənin ruhundur.
Sən türkün oğlusan,
Xan babaların
Oğuzdur, iskitdir, kumandır, hundur.
Qəbul etməyənlər bu həqiqəti,
Duya bilməz əsil şanı, şöhrəti.
Qoysunlar başına Möhtədil tacı,
Sevinsin Bağdadın, qoy, dar ağacı.
Məni də soysunlar lap sənin kimi,
Yenidən eşitsin dünya səsimi.
Varlığım ruhuna eyləyər təzim,
“ƏnəlHəqq” söyləyər sinəmdə sazım.



Paylaş:
1 Beğeni
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (1)

5.0

100% (1)

Həllaclı mənsur Şiirine Yorum Yap
Okuduğunuz Həllaclı mənsur şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Həllaclı Mənsur şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
SESSİZ DÜŞÜNCE
SESSİZ DÜŞÜNCE, @sessizdusunce
25.11.2011 10:12:01
At – dedin insana – qəlbindən şəri,
Olarsan Allahın tam bir bənzəri.

kalemin daimi olsun şair dost
Mehmet Ziya Dinç
Mehmet Ziya Dinç, @siirlerinziyasi
31.10.2011 14:55:39
5 puan verdi
Muhteşem bir şiir oldu üstadım

Hallacı Mansur'a atfedilmiş övgüler
ne kadar yazılsa azdır sanırım..
Ayrıca Türk boylarının sıralanması apayrı bir güzellik
Selam olsun şiirin şairine
sevgi saygılarımla
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL