Sevmek birbirine değil, birlikte aynı noktaya bakmaktır. exupery
elbeyicelaloglu
elbeyicelaloglu

Dərdimiz dərd olub dərdliyə, qardaş

Yorum

Dərdimiz dərd olub dərdliyə, qardaş

( 1 kişi )

1

Yorum

0

Beğeni

5,0

Puan

1089

Okunma

Dərdimiz dərd olub dərdliyə, qardaş





Dərdimiz dərd olub dərdliyə, qardaş
Sankt-Peterburqdan gələn məktuba cavab

Soruşduğun əhvalımmı, kefimmi?
Kef nə gəzir, düşdük şitliyə, qardaş.
Naçar qalıb, sərsəm gəzmək nəfimmi?!
Nə var eşşəkliyə, itliyə, qardaş.

Yaman olub bu dövranın çabası,
İmtahandı hər gün evdə qısası.
Uşaq paltar, arvad yemək davası,
Tüpürmüşəm belə cütlüyə, qardaş.

Budanmışıq, sanki, budayıb dolu,
Unudulub peyğəmbərin haqq yolu.
Dünya heykəllərlə doludur, dolu,
Yenidən qayıtdıq bütlüyə, qardaş.

Tuman qısa, don gödəlir günbəgün,
Baldırları reklam edir dalan, tin.
İtib namus, yoxdu həya, iman, din,
Gəldik heyvan kimi lütlüyə, qardaş.

İdarəyə gir arayış dalınca,
Yüz qapı döy yorulunca, ölüncə.
Rəisləri katibələrdən incə,
Mat qalmışam belə kütlüyə, qardaş.

Cəhd eylə, ev tikmək eşqinə düş bir,
Ev tikmək deyil ki, qazırsan qəbir.
Ağalıq eyləyən nə on, nə onbir,
Həsrətdir üzümüz mərdliyə, qardaş.

Manqurtlar çoxalır, kədər şah gəzir,
Ürəkdə dərd gəzir, ağrı, ah gəzir,
Beş insan üstündə on “allah” gəzir,
Dərdimiz dərd olub dərdliyə, qardaş.

Elbəyi CƏLALOĞLU



Paylaş:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (1)

5.0

100% (1)

Dərdimiz dərd olub dərdliyə, qardaş Şiirine Yorum Yap
Okuduğunuz Dərdimiz dərd olub dərdliyə, qardaş şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Dərdimiz dərd olub dərdliyə, qardaş şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Mehmet Ziya Dinç
Mehmet Ziya Dinç, @siirlerinziyasi
23.10.2011 16:23:33
5 puan verdi
Muhteşemdi üstadım
Tespitler yerli yerinde anlamlı eseri yazan kalemi kutlarım
Saygılarımla
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL