0
Yorum
0
Beğeni
0,0
Puan
1756
Okunma
SƏN NƏ QƏDƏR GÖZƏLSƏN!
Sən nə qədər gözəlsən?
Üzün üzlərdən gözəl,
Bir ceyran baxışın var,
Gözün gözlərdən gözəl,
Üzüyün hərarəti
Yanağımı yandırır.
Ləblərində alov var,
Dodağımı yandırır.
Bəxtimə doğan günəş,
Ürəyimsən, canımsan,
Təkliyə yoxdur həyat,
Sən mənim həyanımsan.
Dünya yaşayanındır,
Gəl yaşayaq ələlə,
Sevgi dastanı olaq,
Düşək dodağa, dilə.
Saf məhəbbət ürəkdə
Şişir bir cahan olur.
Yalançı duyğuların
Ömrü bircə an olur.
O qədər sevim səni,
Sevgi dünyaya dönsün,
O qədər sev ki, məni,
Dünya cənnətə qonsun.
Ürəyimdə nöqsan yox,
Bilir Allahım bunu.
Heç kəs geydirə bilməz,
Saf məhəbbətə donu.
Toz torpağa qarışıb
Qızıl olan eliksir
Neylər eşqə, sevgiyə?
Haqqdan gəlir bu sehir,
Əksin gözümə düşüb.
Sözlərin dilimdədir,
Ruhun duyğularımda.
Eşqin ürəyimdədir,
Sən nə qədər gözəlsən!
Səni vəsf eyləməyə,
Yoxdur gücü sözlərin.
Sən nə qədər gözəlsən!
Sənə tərif demyə
Aman vermir gözlərin.
Hər şeyi unuduram,
Hər şey yadımdan çıxır,
Gözümdə od parlayır,
Başımda şimşək çaxır,
Baxıram gözəlliyə
Hər şeyi unuduram,
Hər şey yadımdan çıxır.
Sən nə qədər gözəlsən!!!
Sən nə qədər gözəlsən!..
Elbəyi CƏLALOĞLU