Gün geldi ağladığım günlere ağladım. hz. ebubekir
elbeyicelaloglu
elbeyicelaloglu

Göy atı

Yorum

Göy atı

0

Yorum

0

Beğeni

0,0

Puan

793

Okunma

Göy atı

Göy atı





Göy atı

Göy atı, aç qanadın,
Göstər gücün, inadın,
Fəth edən könülləri,
Dəyişən özülləri,
Yerə bir insan gətir!

Sən gətirdin bir zaman,
Asimandan türkə can.
Bu, Allahın payıydı,
Şamanların tayıydı,
Yeni bir xaqan gətir!

Qıraqda qalıb “azan”,
Hamı deyir “pul qazan”.
“İslam”mı düşdü dəbdən,
Əstağfürullah, təbdən
Dərdlərə dərman gətir!

Bəşər tamam pozulub,
Yuxular tərs yozulub,
Əzab çıxıb boğaza,
Baxan yox çoxa, aza,
Nə versən asan gətir!

Silah icad eylədik,
Özümüzə neylədik,
Mərmilər etdi gərdiş,
Əzrayıla yoxdur iş,
Gəl, bizə ehsan gətir!


Göy atı, sinəni gər,
Açılsın yeni səhər.
Gör, zəmanə nə oxur,
Yeni peyğəmbər doğur,
Dərdləri çözən gətir!

Yüz-yüz oyun açırlar,
Tülkü kimi qaçırlar,
Danışırlar ağ yalan,
Tökülür köhnə palan,
Dilləri üzən gətir!

Hamı gəzir şərəf-şan,
Afrikasa pərişan.
Görən yoxdu minləri,
Acından ölənləri,
İmdadı özün gətir!

Ayırdılar milləti,
Yaşatdılar zilləti,
Bir bədənlə can kimi,
Lap Azərbaycan kimi,
Təfəkkür də dəyişdi,
Beyinlər də keyişdi,
Tarixi yazan gətir!

Utanmır Amerika,
Tapdı yeni “evrika”,
Müsəlman qanı içib,
Ardan, namusdan keçib,
Gördü yaramır yalan,
Seçdi taxta müsəlman,
Qır dolu qazan gətir!

Pay-ülüşü xırda pul,
İnsanları edib qul.
Adı “demokratiya”,
Özü “plutokratiya”,
“İnsan haqqı” deyirlər,
Özgə haqqın yeyirlər,
Gələndə mizan gətir!

Öz içində fironlar,
Nəhəng narkobaronlar,
Dəftəri raket, bomba,
Qələmi “alfa”, “qamma”,
Yazır qərəzli dastan,
Dağılır Əfqanıstan,
Fərmanı pozan gətir!

Allah” deyir dilləri,
Haram tutur əlləri,
Uyğurları yaxırlar,
Cəhalətə axırlar.
Belə getməz bu halət,
Bu qədər olmaz qələt,
Yuxumu yozan gətir!

Elbəyinin dərdi çox,
Ümid yeri tamam yox.
Ünüm yetmir Allaha,
Ümid sənədir daha,
Əl açmışam, Göy atı,
İşıqlandır həyatı,
Heç nəyə qıymasan da,
Sözümə uymasan da,
Qəbrimi qazan gətir!

Elbəyi CƏLALOĞLU



Paylaş:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 
Göy atı Şiirine Yorum Yap
Okuduğunuz Göy atı şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Göy atı şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Bu şiire henüz yorum yazılmamış.
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL