Para, gübre gibi etrafa yayılmazsa işe yaramaz. baco
elbeyicelaloglu
elbeyicelaloglu

Şairlərə ithaf

Yorum

Şairlərə ithaf

0

Yorum

0

Beğeni

0,0

Puan

1118

Okunma

Şairlərə ithaf





Şairlərə ithaf

Amansız baltalar, qansız külünglər
Başından vurdular – durdu ayağa.
Löyünsüz çəkiclər, yöndəmsiz linglər
Döşündən vurdular – döndü dayağa.
Dağlandı sinəsi karvan yolunda
Ötüb keçənlərə görk olsun deyə.
Buxov ayağında, qandal qolunda
Çiynindən basdılar – ucaldı göyə.
Doğrandı ayağı, çapıldı qolu,
Haqqın ətəyindən tutdu, yapışdı,
Ovuldu gözləri, kəsildi dili,
Yenə haqqı gördü, haqqı danışdı.
Çatıyla bağlandı atın dalına,
Çapıb sürüdülər belədən belə,
Gözləri doymadı bu işgəncədən,
Çarmıxa çəkdilər, dönmədi yenə.
Asdılar, kəsdilər, dara çəkdilər,
Zülmü gözləriylə çeynədi, yedi.
Soyuldu dərisi ətlik mal kimi,
Hayqırıb bəşərə “ənəlhəqq” dedi.
Yenidən zühr edib göründü gözə
Millətin içində, xalqın yanında,
O nə doğulmadı, o nə ölmədi,
Sanki Allah imiş şair donunda.

Töküldü Günəşdən, süzüldü Aydan,
Ürəkdən ürəyə keçən ruh oldu.
Toy günü zurnaya, qopuza döndü,
Vay günü vaysınıb nalə, ah oldu.
Dərviş libas olub gəzdi elləri,
Hər kəsə bir hikmət, bir məna açdı.
Duyğulara qondu kəpənək kimi,
Şövqündən çiçəklər min sənə açdı.
Güllərdən bal yığdı, şirə topladı,
Dillərə buladı, dodağa çəkdi.
Sazın toxumunu, sözun tumunu,
Düşüncəyə səpdi, duyğuda əkdi.
İnsan sevgisini, Tanrı eşqini
Doldurdu buz qəlbə, daş ürəklərə.
Vətən qeyrətini, milli qüruru
Payladı, payını götürdü hərə.
Özü nura döndü, ipəyə döndü,
İşıq oldu gözü görməyənlərə.
Bu, peyğəmbər imiş, bu, şairimiş,
Qondu mələk kimi saf çiyinlərə.
Mən indi anladım, dəyişir zaman,
Bir donda ötürür tarix hər ili.
Doğulmur, dəyişmir, ölmür şairlər,
Necə ki yaşayır hələ Füzuli.

Elbəyi CƏLALOĞLU



Paylaş:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 
Şairlərə ithaf Şiirine Yorum Yap
Okuduğunuz Şairlərə ithaf şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Şairlərə ithaf şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Bu şiire henüz yorum yazılmamış.
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL