0
Yorum
0
Beğeni
5,0
Puan
1195
Okunma
SAZINDA “MİSRİYƏ” GƏLSƏN, AY AŞIQ
Sədəfli sazını basıb bağrına,
Bir “Yanıq Kərəmi”çalsan, ay Aşıq.
İçimdə alışan dərtlə oynayım,
Qəmimə bir qəmxar olsan, ay Aşıq.
Oynayım mərəzim dönənə qədər,
Canımın atəşi sönənə qədər,
Millətim düşməni yenənə qədər,
Dərdimə bir çarə bulsan, ay Aşıq.
Sən demə, dərtdən də adam oynayır,
Həsrətdən ürəyim alışır, yanır,
Çal sazını, bəlkə millət oyanır,
Mənim məqsədimi bilsən, ay Aşıq.
Qaçqın havasıdır “Yanıq Kərəmi”,
Torpağı vermişik nahaq yerəmi,
Uzanır millətin dərdi, vərəmi,
Sazında “Misriyə” gəlsən, ay Aşıq.
Qansızların bizlə görən qəsdi nə?
Biz də duraq yağıların qəsdinə,
Atlanaq yeriyək düşmən üstünə,
Alnımızdan kiri silsən, ay Aşıq.
Sazında “Misriyə”gəlsən, ay Aşıq.
KARS İLİNİN ÜNLÜ SANATÇISI AŞIQ ÖMER DUMAN
menim duvara yazdığın şiirine garşılığ nazire yazdım.
AY AŞIQ
SAZ YERİNE QOR BASMIŞAM BAĞRIMA
...SİNESİ KEDERLİ GULSAN AY AŞIQ
SEN QUMQNDAN MENDE OLAM ESGERİN
DIĞA SÜRÜSÜNE, DALSAN AY AŞIQ
OYNUYAM CENG EDEM QALMIYA KEDER
SİNEMDE OD VAR SENNENDE BETER
MİLLETİM KÜKREYİF COŞANA QEDER
HER YANA CENG HEBER SALSAN AY AŞIQ
ZAFER ALAQ SEVİNCİNEN OYNUYAX
HESRET BİTSİN SEVİNCİNEN QAYNIYAX
GQARQBAĞI ERMENİYE QOYMUYAX
NE VAHTAKİ FIRSANT BULSAN AY AŞIQ
DÜŞMENİN ÖNÜNDE DURMAX LAZIMDI
TORPAXI GERİYE ALMAX LAZIMDI
MİLLETE KÖROXLU ÇALMAX LAZIMDI
SAZIMDA PERDESEN TELSEN AY AŞIQ
DUMAN OĞLU SORAR DERDE DERMANI
QANSIZLARIN DÖVRANIDI FERMANI
BAŞLADIMI TOZ DUMAN, TÜRK XARMANI
BU ZAFERE DOĞRU YOLSAN AY AŞIQ