Alçak ruhlu olanlar para arar, yüksek ruhlu olanlar ise saadet arar. ostrovski
Seyraqif Coculu
Seyraqif Coculu

İNSAN OĞLU (MESNEVİ)

Yorum

İNSAN OĞLU (MESNEVİ)

1

Yorum

0

Beğeni

0,0

Puan

1602

Okunma

İNSAN OĞLU (MESNEVİ)

İNSAN OĞLU

Bu dünyanın zindanında döyüldükcə insan oğlu,
Zamanların kəsiyində kamilləşdi, artdı ağlı.

Sinə gərdi tufanlara, zülmətləri yarıb kecdi,
Yorulmadı tarixlərdə, tarixləri yorub keçdi.

Bu dünyanın acısını, şərbətini daddı hər gün,
Cəbhələrdə, savaşlarda bir-birini diddi hər gün.

Tarix özü yaradıbdır zaman-zaman hər insanı,
Tarixdə də insanların qətrə-qətrə axdı qanı.

İnsan oğlu nəyə görə bölündün sən məsləklərə,
Kim bağlandı şeytanlara, kimi də ki,mələklərə.

Biri əzdi yorulmadı, o, birisi hey əzildi,
İnsan oğlu cərgələndi ipə, sapa çox düzüldü.

İnsan oğlu suçun nədir?-Tarix səni zindanında,
Döyüb-döyüb axıb qanın, boğulmusan öz qanında.

Döyüldükcə yoğrulmusan, yoğrulduqca “böyümüsən”.
Ha de ki, mən əyilmədim, güc gəldilər əyilmisən.

Kamilləşən insan oğlu ağlın artdı, səsin batdı,
Tarix səni ram eyləyib, kölə kimi alıb satdı.

İnsan oğlu qalx ayağa, dəyiş yönünü dünyanın,
Halal eylə öz haqqını, batır ününü dünyanın.

Tanrıdan mədət gözləmə, hərəkət et dillə dişlə,
Yoxsa səni əzəcəklər, belə getsə bu gedişlə.

İstismardan azad olmaq çətin işdir insan oğlu,
Bu səbəbdən də qalmısan siyasətə, dinə bağlı.

Ya bağlılıq, ya azadlıq!-Bunlar sənin əlindədir,
Ya danışmaq, ya da susmaq!-O, da sənin dilindədir.

Özün bil ey insan oğlu!-Ya azad ol, ya belə qal!
İstəyirsən haqsız yaşa!-İstəyirsən haqqını al!

Paylaş:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
İnsan oğlu (mesnevi) Şiirine Yorum Yap
Okuduğunuz İnsan oğlu (mesnevi) şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
İNSAN OĞLU (MESNEVİ) şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
yok,sul
yok,sul, @yok-sul
18.6.2011 11:14:19
dostum çook çok güzel harika manaları çok ama çok güzeldi saygılarımla
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL