4
Yorum
0
Beğeni
5,0
Puan
1359
Okunma
ansu dingin saatın çağı deyil giz , yeni giz ,
başa düşdüm soluğundan çilənir , iz yeni iz .
ama öd sus deyə vır çaynağı qırğınca kəsin ,
quşqusuz bir çəlik andır əpirir , diz yeni diz .
qır yağır yer-yerə asvaltı deşir kən quruşum ,
öylən üstü bəm ağızlar sazı zilsiz yenisiz .
hansı bir nəsnə açır tin ucu tin səs dərə , səs ,
çağırır gəl məni ac , getmə uzaq , siz yenisiz .
an ara öz baxışı , sözdə şəkil , işdə qoşuq ,
ki qarandaş kimi daşlarda çəkir , çiz yeni çiz .
gilənardan boya tutmuş o çəkim çək özəyi ,
çaşma çaşdırma düşün , özdə ona , biz yeni biz .
DIVAN-I ƏRĞƏVAN (27)
M.Ərğəvan
5.0
100% (1)