4
Yorum
0
Beğeni
5,0
Puan
1381
Okunma
bir dənin şən ürəyi ah içərək uğ biçim , uğ gün ,
nə kimi var diləyir özdibi , bir zuğ biçim , uğ gün ?
san , duraqsız zamanın durma devir yırğası darğın ,
bəlkə bir dən göyərir , min dedi , uğ yuğ biçim , uğ gün !
yer soyuq , göy sazı sus , il on-üç ay daşlanır anlar ,
dözəsiz döngə savi , mizrağı mi çuğ biçim , uğ gün ?
yox umid , dən içi bezgin , qırov almış yeri , der buz ,
bir soluq yolda çəkir , çığ yükünü , buğ biçim , uğ gün .
sanki bir ordu gəlir köynəyi qırmız , topu gömgöy ,
son döyüş buyruğu vermiş , yeni başbuğ biçim , uğ gün .
indi dən qardələn olmuş , devirir qar boyağın çün ,
yaşa sevdası çıçəksoy danışr , muğ biçim , uğ gün .
DIVAN-I ƏRĞƏVAN(21)
M.Ərğəvan
5.0
100% (1)