2
Yorum
0
Beğeni
0,0
Puan
967
Okunma
dəniz ovcunda iməklər iti uyğundaki qısraq .
sıçra qılmış qıyığa an döşü duyğundaki qısraq .
quruşumlar ötəməz çap ucu Altay təpələrdə ,
sanki bir yolbəyidir , bəy yolu uğrundaki qısraq .
haydı sevgim yürü səggiz nala , qır çək , yükü qıl öc ,
gözləyir çün öcünü kin dolu soyğundaki qısraq .
hızla uç , durma yasaq , doğra önü , kəsmişi kəsgin ,
kəsmədin bil kəsəcək , çaynağı quzğundaki qısraq .
gəbə topraqlara can-can ödəmişlər kimi haykır ,
sinə gərsin yenidən duşmana durğundaki qısraq .
geri dönməz inadından dəniz atlar gəmi uyğun ,
qır qasırğa qıracaq çin-çini vurğundaki qısraq .
DIVAN-I ƏRĞƏVAN - YÜRÜŞ (16)
M.Ərğəvan