3
Yorum
0
Beğeni
5,0
Puan
1000
Okunma
doğru doğmuş bir görüşdən yüksəlir çağ türkusü .
qorxusuz dil açdı , dilsizlərdə , susmağ türküsü .
yurd boyu ərsoy gəlinlər döş çəkir doğmaq ilə ,
indi haykır Songulum gun doğdu qundağ türküsü .
hardasan ey boz dişi , gəl dinlə hər yoldan ötən ,
zırna ağzında qoşur türkə qırılmağ türküsü .
durma aç qollarını bas bağrına yavrum eşit ,
könlümün çırpıntısından bir sarılmağ türküsü .
bu mənim son istəyim , sür can , qoşul son anıma ,
qurtuluşçum ol çılə , çilsiz bir olmağ türküsü .
gəl dişim , gəl ərkəyim aslanca qaldır göylərə ,
dalğa dərsin bir daha bozqurdlu bayrağ türküsü .
M.Ərğəvan
S.P
sevgili oxuculara qısa açıqlama !
SƏS qəzli başqa yayım-evində nəğməsi rədifində yayılmışdır . Ancaq bir
neçə dostlar
nəğməsi yerinə türküsü sözcüyünü önəri verdilər . Mən isə alqıladım və
türküsü rədifi
ilə sozunsozu yayım-evinə uyğun gördüm .
DİVAN-İ ƏRĞƏVAN (14)
5.0
100% (1)