0
Yorum
0
Beğeni
5,0
Puan
1148
Okunma
leylak dalına quş kimi qon qal gəlirəm oy ,
can bir öpücük göndərirəm al gəlirəm oy.
biz sevgisi sancaq gedir ənginlərə , durma ,
mən könlünü saz et yerə dön , çal gəlirəm oy .
sevdasına yorğun günü vurğuncu susur kən ,
çılğınca əsir ellərə səs sal gəlirəm oy ,
sən bir dişi qısraq bilə dörd-nalda çapırcı ,
dırnaqlarını hey öpəcək nal gəlirəm oy .
qışraqdı , dur ey sevgili gözləm geri dönmə ,
qızğınca qızındırmaq üçün şal gəlirəm oy .
mənsiz bilirəm , şor gölüdür gözlərin aşqım ,
gecdirsə bağışla ki sənə , bal gəlirəm oy .
M. Ərğəvan
17/02/2010
5.0
100% (1)