3
Yorum
0
Beğeni
4,0
Puan
1844
Okunma
81
İpək
Və ipək mürgülü
Bilə ipək ulduzlara
Yaxın ipək yaz
Və ipək karın
Bismark küçəsində
Və
İpəksiz gecə gözlərində
Üç damla kədər
Bu qədər
Alanagda
Adaxlısı itgin
Qızı anılayır
Kağız çiçəklərə
82
Anlara
Ağrı
Və anılara
Yalquzaq ağac kimi
Bu ağrı
Və
Baş budağında
Tək alma
Və qabığında
Dimdik yeri
Və sınırsız ağrılar qədəri
Qalarğı gedir
83
Tanrısov cocuqlar
Pinar
Və ari sular kimi
Kükrənir tanrısov
Tanrısov
Və mavi beşiklərə bahar
Və bahar yağışı kimi
Onlar
Mərci mərci
Ana iblisə sarı
Boy atırlar
Və böylə bir uyarı
Mən körpəliyi ana iblisin özü
Ancaq
Sevgimin gözü
Cocuqlar
84
Üç
Və üç say düşü
Nə uyğu
Nə başı boşluq
Və nədə bar əsrukluğu
Birinci
Ovcumdaki ulduzların
Beşdaş oyunu
Olduqca şirin
Və ikinci
Atır yavaş yavaş
Boynumuzdaki
Boyunduruğu
Və tutur balıca toyunu
Olduqca şirin
Və üçüncü
Başlayır orucluğu
Ama ac
Və susuz
Gəlın gedir
Həşəri gilə
85
Əyər
Altun
Və xatun
Dəyəridi yaşamın
Quşqusuz
Və könüllü bağışlayıram sizə
Və
Bağışlayıram
Doslara
Və düşmanlara
Ama
Mən özgürlüyü
Arayır
Qazamatsız
Və arayır
Polisiz
Bir ölkə arayır
Ölkə
86
Gün
Və bizim gün
Bibər ilə sirgə günü
Və bir tikə yükünü
İnsan çəkir günlərə
Və inanki
Keçidlərə
Döngələrə
Bu bir sorum
Və öylən üstü kimlərə
Saray uyğusu
Və
Kimlərə son dülümün qurğusu
87
Ayaqlar
Öz ilə çəkir
Özünü
Və öz olduğu yerə
Qarış qarış hörür
Nəsnə düzünü
Nə böylə nəsnə
Və bu kimi nəsnə
Göyərir sənə
Mənim kimi
Sonsuzlara
Nərgiz nərgiz
88
Bizim gazet
Kimə çörək ağacı
Kimə çomaq
Və nimdaş yazılar
Qalaq qalaq
Ağacdan as deyir
Ağızdan sus deyir
Ağalar
Və
Hər bir sətir
Seyr edir
Tribon acılarını
89
Saqın
Qar qarışq buzlar
Və çisgin
Qurd gözü deyil
Unur çalsın şişənə
Və saqın
Şaman ilə
İnsan aşqına düşənə
Düşür mən günü
Və mən
Çəkir şaman uğuru
Qurd kimi
Və
Dədəqurqud kimi
Söz aşqına saz boyu
90
Çalıram
Bir ah
Və mahnısı
Şüşələrə
Köşələrə
Və mən sızıltısı
Tarsız
Və kamansız oxuyur
Üç ayaq pir kimi
Özümü
91
Döşə düşür
Qar
Qonur qorxu
Və
Bayquş təki onlar
Ama
Üzü quylu
92
Burda iki cocuq
Və biri
Bir aylıq
Bura
Hara
Burda bura
Yalqız fshşələrə
Və yarınsız cocuqlara
Gerçək filim sərgisi
Bura
93
Bir çöl tanışlığı
Və
Bənzəyir şoru
Kipriklərimin kök yerinə
Və şor seyrinə
Süzür gözlərim
Və böyləsov
Arxasına qum göyərib
Duzlu
Sanki
Bir qara çay kolu
Şora könlüm
Şora
Və ora
Bir fəfasız oyu
Şor çöl boyu
94
Amansız
Və
Ləhzələr amansız baxır
Gözyaşlarına
Və zamansız
Tanımayır kimsə
Və kisə kisə
Yağırır ağrı
Böylə ağrı acı dəyirman
Və buğdası
İnsanlar
95
Mən ilə dənız
Və qıyıq ucu
Bir qarışqa
Və bir an sular boyna
Balıq kimi
Və
Ləpə hıcqırığı
Çəkir qoynuna
Onu amansız
Və biz
Sezır sorumsuz
Bir dünyanın sonunu
96
Yağır turşu
Və
Düşür turş damlalar
Koma gözünə
Və olay turşusu
Öz özünə
Törədır savayılıq
Bu ayrılıq
Haca yollardaki
Üç ayaq qocanın
Son qazancı
97
Bağ
Və mavi hava
Və
Bir palıd budğlari
Üzüquylu
Və uzaqdan bənzəyir
Yaşıl çadıra
Və yavaş yavaş
Gedirəm budaqlar ara
Və gözləmədən
Qoşa pişik sezirəm
Və sanki malaçı onlar
Biri kağız kimi ama
Yerdə kürəyi
Və ikinci
Canlı fırca
Yoğurur əsər
Və deyirəm
Bu bir aşq
Və deyil
Bir gecənin əsrukluğu
98
Ah
Qaran quşlar
Siz qanad çalın
Ağrılara
Və sizinlə buluşur acılara
Gərin
Sinə gərin
Və siz uzaqda ikən bilin
Duruşur
Vuruşur
Ovçular ilə
Yavrular vuruşur
Və siz
Çalın qanad
Çalır ulayın
Durğunlara
Və salın haray uzaqlara
Yavrular
Güləbatın bənzər
Üzü aslaq uçur
Oxlara
Birər birər
99Şüşə kimi
Mavi gölçə
Ləpir
Ləpir
Və
Bir çimərci
Öz içinə səpələnir
O
Uzanıb kimi tir
Bu mavi səhnədə bir aşq
Və
Bir şeir
Və ipək su özü
Üç nöqtəsiz şair
100
Tanrı əlləri kimi
Bir kor
Tanrı əlləri kimi
Düzür yazı yerinə
Dəmir nöqtələr
Və sıra izi barmaqlar
Tanrı gözü
Və hər bir sözü
Bir hekayə
Və bəlkə bir ruman
Ama hayıf
Yarın o tanrı gözlər
Bəzir yağına göndəriləcək
Salamsız
M. Ərğəvan
(OVERTURA KİTABINDAN)
4.0
100% (1)