0
Yorum
10
Beğeni
5,0
Puan
165
Okunma

sənə zəhmət, təbəssümünü əsirgəmə məndən,
O bir balaca gülümsəmən alır yorgunluğumu əynimdən.
sənə zəhmət, düşürmə məni dilindən,
qulaqlarım cingildəsin, qoy əmin olum ki, fikrindəyəm hələ də mən.
Bilirsən səhər vaxtı bahar havası necə olur?
onu bir sətirə sığdırmaq mümkün deyil,
amma əminəm, əminəm ki, sən də dinləyirsən quşların nəğməsini,
ruhlandırır insanı yeni günə başlarkən,
sənə zəhmət, o səsindən məhrum etmə məni.
gözlərindəki sakitliyi danış mənə,
sükut özü də bir sözdür — sən baxanda mən səssizcə susuram.
bəzən bir nəfəsin belə kifayətdir darıxmağı unutmağa,
bəzən bir salamın yetər, yetər
dünyanın yükünü yerə qoymağa.
sənə zəhmət, varlığını unutdurma mənə,
yuxularımda belə bir az danış mənimlə, danış!
de ki, uzaqlıq nə qədər uzaq olsa da,
Amma səsin qədər yaxınsan mənə.
5.0
100% (2)