Alçak ruhlu olanlar para arar, yüksek ruhlu olanlar ise saadet arar. ostrovski
Terane Turan Rehimli
Terane Turan Rehimli

Təranə Turan Rəhimli: "Hünər odur", "Yoruldum, inanmadılar", "Ömrü bada vermədim".

Yorum

Təranə Turan Rəhimli: "Hünər odur", "Yoruldum, inanmadılar", "Ömrü bada vermədim".

( 4 kişi )

1

Yorum

11

Beğeni

5,0

Puan

340

Okunma

Təranə Turan Rəhimli:

Təranə Turan Rəhimli: "Hünər odur", "Yoruldum, inanmadılar", "Ömrü bada vermədim".

HÜNƏR ODUR...

Haqqa getməyən yolun
Bilinməz düzü, tərsi.
İnsan dərs almadıqca
Bitməz Allahın dərsi.

Ömür boyu tükənməz
Bu taleyin sınağı.
Qaya kimi dayanar
Yol üstündə qınağı.

Bəzən təbiətin də
Üzü dönər, sərt durar.
Yağışı döyəcləyər,
Dolusu qırmanc vurar.

Kəsər fələk ipini
Gözləmədiyin yerdə.
Bir az böyütmək üçün
Tanıdar səni dərdə.

Həyat -- sonsuz imtahan,
Hamı keçər birtəhər.
Qorxma, qatı zülmətin
İçindən doğar səhər.

Hünər odur gecəyə
Qəlbindən nur verəsən.
Dərdə baxıb Allahın
Böyüklüyün görəsən.

YORULDUM, İNANMADILAR

Nağıl sevgilərdə qaldım,
Məni gerçək sanmadılar.
Elə yerdən yaralandım,
Yara bilib sarmadılar.

Ağrılar içimdə dağdı,
Zirvəsinə alov yağdı.
Hər dərdə körpəm tək baxdım,
Gəlməkdən usanmadılar.

Söz olub Haqqa deyildim,
Söz üçün ölüb dirildim.
Həyatı yanmaqda bildim,
Ondan mənə yanmadılar.

Tutundum qələm-silaha,
Yenə də pənah Allaha...
Gücümdən yoruldum daha,
Yoruldum, inanmadılar.

ÖMRÜ BADA VERMƏDİM

Ayrıldım məhvərimdən,
Sıyrıldım məhşərindən,
Cin-şeytan çəmbərindən
Səni zikr etdim, Allah.

Səbrimlə daşa döndüm,
Yazımı qışa gömdüm,
Dirildim, bir də öldüm,
Yenə şükr etdim, Allah.

Xeyirdən zireh geydim,
Hər addım şərə dəydim,
Təkcə haqqa baş əydim,
Haqq yolu getdim, Allah.

Məni erkən seçdi dərd,
Əkdim ümid, biçdim dərd.
Ordusuyla keçdi dərd,
Min kərə bitdim, Allah.

Qəm daşıdım köçümdə,
Hər boyda, hər biçimdə.
Od alovun içindən
Mənzilə yetdim, Allah.

Divara söz demədim,
Kimsədən söz yemədim,
Ömrü bada vermədim,
Sözə yüksəltdim, Allah.

©Təranə Turan Rəhimli

Paylaş:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (4)

5.0

100% (4)

Təranə turan rəhimli: "hünər odur", "yoruldum, inanmadılar", "ömrü bada vermədim". Şiirine Yorum Yap
Okuduğunuz Təranə turan rəhimli: "hünər odur", "yoruldum, inanmadılar", "ömrü bada vermədim". şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Təranə Turan Rəhimli: "Hünər odur", "Yoruldum, inanmadılar", "Ömrü bada vermədim". şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
ASIKLUZUMSUZ
ASIKLUZUMSUZ, @asikluzumsuz
5.4.2025 20:47:02
5 puan verdi
Yahşi idi şiyir
Kutladım ürekden, yalansız ve riyasız
Ömrüne bereket
Sağlıkla, sağlıcakla gal
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL