3
Yorum
8
Beğeni
5,0
Puan
271
Okunma

Limansız Səyahət
Taghrid Bou Merhi ( Livan – Braziliya)
Getmədiyim şəhərləri, adsız, izsiz üzləri
İçimdə daşıyıram nə zamandı yük kimi.
Yersiz, bomboş söz -söhbətin içində
Mən rüzgarın, yağışın əks-sədası kimi.
Hayat yolumdan keçir neçə-neçə figurlar,
Sürüşüb arzuların üstə düşən gölgə tək,
Həsrətli baxışlarım axtarır hey onları,
Fəqət boşluqdan başqa görünməyir bir gerçək.
Dayanıram özümlə zamanın arasında,
İzləyirəm boşluğa yuvarlanıb o aşsın.
Məndən bir ilğım kimi uzaqlaşıb qaçaraq
Pıçıldayır: "Çatmazsan, burax, bu sular axsın.
Bir zamanlar keçdiyim yolu geri gəlirəm,
Yollar heç dəyişməyib, hələ eyni bilirəm.
Sanki yolun, səfərin bir sonu yoxmuş kimi,
Sanki şübhə, yanılma çəmbərində dönürəm.
Yazıram sakit, səssiz ömrümdən keçənlərdən,
Pəncərələrdən ötən kölgələrin haqqında.
İzdihamlı küçənin yazıq aldanışları,
Azıb geri dönməyən qərib yuxu haqqında.
Və yenə düşünürəm, varmı bir ümid, ışıq,
Zülməti qucaqlayan yoxsa məsafələrmi?
Hər yol bizi qaçılmaz bir yönəmi aparır,
Bir nağılın sonumu, "Bitdi" deyilən yermi?
Yola davam edirəm, dayanmır addımlarım,
Heç nə bu içimdəki hekayəni bitirmir.
Hələ əlim qapıda, son bir toxunuş üçün,
Yola əlvida etmək həstiylə titrəyir.
.Azərbaycan dilinə tərcümə edən: Təranə Turan Rəhimli
5.0
100% (2)