9
Yorum
24
Beğeni
5,0
Puan
497
Okunma
.lal olmuşam..!
Səhərdə açan gül olup, mah camalın gün batırır..
Sağa, sola sallayırsan, qara zülfün yel olupdu..
Gəmzənə yayılan gülüş, derdi qəmimi bitirir..
Ləbinnən süzülən sözün, elə bilki bal olupdu..
Aya, ulduza bənzəyən gözdərində itir məni..
Mənnən xəbərsiz gedərsən, öz yoluna yetir məni..
Karvanında Məcnun eylə, öz yanında götür məni
Aləmə uləma olan dilim susup lal olupdu..
Darda qoyma darıxıram, yolum, yolağım itipdi..
Gecəyə qatran qarışıp, hüzün qoynumda yatıpdı
Dözəmmirəm bu həsrətə, ağlım başımnan gedipdi
Könül bulanıx bir suda, öz başına sal olupdu..
Dövran belə keçip gedir, nəfəs nəfəsə qalmışam..
Bu dövranda annamadım, nə itirdim nə bulmuşam..
Zaman ötmür, ay çəkilmir, seni yadıma salmışam
Bağrım yanıp tikə tikə, duman gedip kül olupdu..
21/6/23... Hüseyin Işık
5.0
100% (16)