1
Yorum
5
Beğeni
5,0
Puan
587
Okunma

GÖZLƏRİN DEYİRKİ VALLAH SEV MƏNİ
İnsaf elə, məni bir də sınama,
Eşqin hopub əzəl gündən qanıma.
Elə bil od-alov düşüb canıma -
Gözlərin deyirki,vallah sev məni!
Əzizlədim qəlbimdə hər sözünü,
Sinəm üstə həkk etmişəm izini.
Peşimansansa “günahkar” bil özünü -
Gözlərin deyirki,vallah sev məni!
Məhəbbətdir mənim möhlət-amanım.
Qoyma qəfil çatsın sona zamanım.
Yoxdur səndən özgəsinə gümanım -
Gözlərin deyirki,vallah sev məni!
Ülvi eşqim ümman kimi çox dərin,
Seymur deyir heç olmasın dərd-sərin.
Sirrini gizlədə bilmir gözlərin -
Gözlərin deyirki,vallah sev məni!
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
5.0
100% (2)