1
Yorum
4
Beğeni
5,0
Puan
927
Okunma
Cəhənnəm. - də soyuq bugün,
Vətəndaşların əzab səsləri ölüləri qorxudur.
İtlərin duası qəbul olsaydı,
Göydən sür-sümük yağardı,
Qarğış edir torpaq,hərgün,hərgün bizə,
Deyir,üzərimə basdığınız yetər,birdə gəlib yatmayın içimdə.
Kimə dəyər verirsən borçlu çıxırsan,
Bu belə bir zəmanədi,
Arxanı döndüyün anda da satılırsan,
Onlar üzünə gülüb arxandan iş verənlərdi.
Haqdan ədalətdən danışanlar,Hiterin masqasına büründü,
Yaxşı ki qənəd vermədi Tanrı məstan pişiyə,
İlənmiş ətə belə:tamah edərdi,nəfsi keçərdi,Tanrı belə inanmazdı gördüyünə,
Ey insanların sahibi mal-mülk,səcdəmi edək indi sənin qadirliyinə?
Gücün qarşısında əyildi adəm oğlu,
Özü hazırladı mütləq sonunu,
Ey asiman ey səma,ey ulu Tengri,
Övladların səni deyil,şeytanı seçti.
5.0
100% (4)