0
Yorum
1
Beğeni
0,0
Puan
888
Okunma
A. Allahverdiyev :
Aramızdan bir çay keçir,
Bir yol səndə, bir yol məndə.
Üzməyə naşı olmayaq,
Bir qol səndə, bir qol məndə.
Əflatun Hüseynoğlu :
Həyat fikir tələb edir,
Bir huş səndə, bir huş məndə.
Dərdimizi çözək bir-bir,
Bir baş səndə, bir baş məndə.
A. Allahverdiyev :
Yay eyləyib qaş atırsan,
Yaz yerinə qış atırsan.
Suya niyə daş atırsan?
Bir əl səndə, bir əl məndə.
Ə. Hüseynoğlu :
Kimlər durub el qəsdinə,
Aramızı de, kəsdi nə?
Daşı qoyaq daş üstünə,
Bir iş səndə, bir iş məndə.
A. Allahverdiyev :
Su üstündən yol eyləyək,
Su aydınlıq, bol eyləyək.
Gəl o daşı gül eyləyək,
Bir dil səndə, bir dil məndə.
Ə. Hüseynoğlu :
Birlik olub əl eyləyək,
Günümüzü il eyləyək.
Gəl biz daşı ləl eyləyək,
Bir daş səndə, bir daş məndə.