0
Yorum
2
Beğeni
5,0
Puan
645
Okunma
Yaz zamanı dağlar, düzlər, dərələr
Al qırmızı lalələrə bələnir.
Boynu bükük qönçələri görəndə
Gözlərimə göydən nisgil ələnir.
Düşüncəmi fikirlərə qərq edən
Hərdən mənə sual verir duyğular :
Hər bir çiçək göyə baxır, bəs nədən
Başın əyib bu çiçəyin qayğılar?
Nahaq qanla sulanıbdır torpağı,
Ona görə yerə baxır lalələr.
Müxənnətlər elə çəkib bu dağı,
Ərşə çıxır sızıltılar, nalələr.
5.0
100% (1)