2
Yorum
3
Beğeni
5,0
Puan
678
Okunma
Hər adamın öz ruzisi,
Kim istəsə azdan gələr.
Ömrün yayı, payız-qışı
Əzəl başdan, yazdan gələr.
Hər xoş arzu, gözəl niyyət,
Mehribanlıq, insaniyyət,
Ədəb-ərkan, mədəniyyət
Dildə şirin sözdən gələr.
Bacaranda haqqı qoru,
Asan olar işin zoru.
İlahinin gözəl nuru
Daim gülən üzdən gələr.
Anlamazın başı sərin,
Necə deyim kəm-kəsərin?
Ağılsızın, gicbəsərin
Sorağı hey düzdən gələr.
Ay Əflatun, sözdü varın,
De, bilsinlər xeyir-karın.
Xasiyyəti adamların
Kök-zatından, öz-dən gələr.
5.0
100% (1)