1
Yorum
4
Beğeni
5,0
Puan
355
Okunma
Keçənləri salma yada,
Keçən günlər yalan oldu.
Düşündükcə ötənləri,
Bağrım başı talan oldu.
O günlərin dadı getdi,
Zülmün başı ərşə yetdi.
Şeytan fitnə-fəsad etdi,
Bizə həsrət qalan oldu.
Nə eyləsə bir mərd kişi,
Tərs yozulur yaxşı işi.
Zəmanənin pis gərdişi
Ömrü gözdən salan oldu.
Çaş gedəni əyləməkdən,
Müxənnəti teyləməkdən,
Haqq-ədalət söyləməkdən
Əflatun da nalan oldu.
5.0
100% (1)