3
Yorum
4
Beğeni
5,0
Puan
633
Okunma
Çox danışdıq toy-düyündən,
Bir az da vaydan danışaq.
Keçmişləri anıb bir-bir,
Bəd keçən saydan danışaq.
Təbrizimdə böyük yaram,
Sağ qalıbdır axı haram?
Bu vətəndir, param-param,
O tay, bu taydan danışaq.
Pəmbək, Loru çoxdan əsir,
Zəngəzurum olub yesir.
Rəvanımda gizlidir sir,
Məkrli " hay"dan danışaq.
Günləri say qoşa-qoşa,
Sayı gəlməz heç də başa.
Qan ağlayır hələ Şuşa,
Biz hansı aydan danışaq?
Borçalımın gözü ağlar,
Əflatunun sözü ağlar,
Azərbaycan özü ağlar,
Gərək " day-day"dan danışaq.
5.0
100% (1)