1
Yorum
2
Beğeni
5,0
Puan
563
Okunma
Könlüm var-dövlətə hərisli deyil,
Şirin kəlmə deyən dodaq istəyir.
Kimə nə xeyri var boylu çinarın?
Üstü bar-bəhrəli budaq istəyir.
Qan üstə qurulur şah sarayları,
Orda kasıbların ahı-vayları.
Qəlbimə yatmayır hay-harayları,
İçi səadətli otaq istəyir.
Əflatun axtarır söz qanan dildar,
Kasıb komasında rahatlıq olar.
Pərqu döşəklərin çox əzabı var,
Bir köhnə mitildən yataq istəyir.
5.0
100% (2)