1
Yorum
4
Beğeni
5,0
Puan
830
Okunma
Indi gülüb dövran sənin üzünə,
Söz deyilmir qaşın altda gözünə,
Güvənirsən burda özün-özünə,
Elə bilmə dünya sənə olub yar,
Bu dünyadan o dünyaya getmək var.
Hələ dolan bu dünyada kef üstə,
Əzizləynən şirin canı, sən bəstə,
Vaxt olacaq, düşəcəkdi can xəstə,
Gün gələcək, çəkəcəksən ahu-zar,
Bu dünyadan o dünyaya getmək var.
Çox eylədin yalan-yanlış söhbəti,
Düşünmədin yaxşı-yaman heç qəti,
Hey danışdın orda-burda qeybəti,
Bəd əməldən eyləmədin sən ki ar,
Bu dünyadan o dünyaya getmək var.
Kim qalıbdır bu dünyada əbədi,
Sənin sözün düz yanında heç nədi,
Şər danışan şeytan olan kimsədi.
Öz-özünü nahaq yerə etmə xar,
Bu dünyadan o dünyaya getmək var.
Əflatunam, qoy məqsədim bilinsin,
İstəyirəm Haqq yoluna gəlinsin,
Tövbə eylə, günahların silinsin.
Heç olmasa o dünyanı etmə dar,
Bu dünyadan o dünyaya getmək var.
31.03.2019.
5.0
100% (3)