2
Yorum
5
Beğeni
5,0
Puan
2575
Okunma

Yalandan nəsə də araya söz sal,
Demirəm, xəyala bütün günü dal.
Düşərsə fürsətin telefonu al,
Zəng elə danışaq hərdən arabir.
Titrət ürəyimi duyduqca səsin,
Bəhanə tapginən, "Özgə bir kəsin
Yığdığım başqaydı", xətt kəsilməsin
Zəng elə danışaq hərdən arabir.
Demirəm, keçmişə qayıdaq bir də,
Onzus da izlərin qalıb ürəkdə.
Sən başqa şəhərdə,mən başqa yerdə
Zəng elə danışaq hərdən arabir.
Dünyaya etibar yoxdur ki qalaq,
Daha bir-birimizdən halallıq alaq,
Dost kimi danışaq dost tək ayrılaq,
Zəng elə danışaq hərdən arabir.!
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
5.0
100% (5)