4
Yorum
6
Beğeni
5,0
Puan
1116
Okunma
Sən yazığa gülmə, dayan,
Onun da bir kimsəsi var.
Böyük, kiçik demək olmaz,
Hər canlının nəfəsi var.
Sevgi gülü heç vaxt solmur,
Pisi kimsə yada salmır.
Baxma dildə sümük olmur,
Diş deyilən qəfəsi var.
Sözü dedim yaxın-yada,
Yatmış qəlbi bir oyada.
Əflatunun bu dünyada
Öz həniri, öz səsi var.
30.09.2018.
5.0
100% (3)