2
Yorum
3
Beğeni
5,0
Puan
611
Okunma
Haqdan yerə əmri-fərman gələndə,
Cana qayğı dolandadı tamaşa.
Əzrayılın çəngəlini görəndə,
Gül irənglər solandadı tamaşa.
"Mənəm" deyib, yekələnmə heç zaman,
Ölüm tutub təpinəcək çox yaman.
Vaxt gələndə verməyəcək bir aman,
Hesab-kitab olandadı tamaşa.
Çox yapışma bu dünyanın malına,
Uyma onun hiyləsinə, alına.
Ay Əflatun, kim yanacaq halına,
Verdiyini alandadı tamaşa.
9.02.2018.
5.0
100% (3)