1
Yorum
2
Beğeni
5,0
Puan
512
Okunma
İstəyirəm bu dünyada
Bir gözəl dövran olaydı.
Unudaydım dərdi-qəmi,
Kefim firavan olaydı.
Gəzəydim dağlar belində,
Üzəydim quzey gölündə.
Səhərin xəfif yelində
Dəmim anbaan olaydı.
Gül-çiçəklər şeh əməndə,
Səhər çağı göy çəməndə.
Bürünəydim elə mən də,
Bir qatı duman olaydı.
Əflatunam, ürəyimcə,
Kam alaydım diləyimcə.
Zəmanə də gərəyimcə
Mənə mehriban olaydı.
5.0
100% (2)