0
Yorum
0
Beğeni
0,0
Puan
1079
Okunma
Təbiət gözəli göl kənarında,
Bir maral baxışlı xəyala dalır.
Hansı daha gözəl, seçə bilmədim,
Düşüncəm dolaşır, ağıl çaş qalır.
Dağların qoynunda göl ləpələnir,
O qızın üzündə nazlı bir gülüş.
Elə bil ətrafa nur səpələnir,
Canlanır, sevinir yer qarış-qarış.
Gözümdə açılır yeni mənzərə,
Qəlbimdə bir duyğu, istək yaranır.
Sanki qədəm qoyub Tanrı bu yerə,
Gözəlin o qara teli daranır.
Gözəldi dünyanın hər mənzərəsi,
İnsanlar duyğulu, əziz olanda.
Onu heç pozmasın qoy güllə səsi,
Təbiət qan ağlar sevgi solanda.
27.01.2018.