2
Yorum
3
Beğeni
5,0
Puan
1053
Okunma
Həzəc bəhri
Məf’Ulü məfA’İlü məfA’İlü fə’Ulün
Zahid dağıdan məscidi abad eləməkçün,
Söz xəncəri çək zahidə bərbad eləməkçün.
Allah qələmin qüdrətini şairə vermiş,
Dustaq kimi cahilləri azad eləməkçün.
Bir Mehdi üçün yatma, oyan haqqın üçün qalx,
Xəlq olmamısan aləmə fəryad eləməkçün.
Zahid oyadarmı səni qəflət yuxusundan,
Aləm ona xoş, könlünü dilşad eləməkçün.
Zahid sayı çox olsada əngəl ola bilməz,
Qur’an kitabın hər yerə bünyad eləməkçün.
Yazdım sözü öz haqqını insan tapa bilsin,
Söz yazmaram insanlığı naşad eləməkçün.
Allah sənə ölməzliyi vermiş ey Anar can!
Həq söz yaşayar həm yaşadar yad eləməkçün.
Müəllif: Anar Əhəd
Bünyad – Əsas
5.0
100% (1)