1
Yorum
5
Beğeni
5,0
Puan
4989
Okunma

Bu gün bəxtin gətiribdi yamanca
Yetirəcəm nə desən mən arzunca
Gizli süzgün hərdən belə baxınca
Ürəyindən nələr keçir de gülüm.
Günəş olub yollarına saçaram
Sən çağırsan quştək qanad açaram
Vüsalına vüsal dolu çataram,
Ürəyindən nələr keçir de gülüm.
Gəl yaşıma fikir vermə baş ağdı
Qar bürümüş o,tey dağlarda ağdı
Könlüm dindi qəlbim coşdu çağladı
Ürəyinnən nələr keçir de gülüm.
Məhəbbətdir adım,eşqdir soyadım
Nəğmə ilə səni özüm oyadım,
Min diləkdən,bir arzuna mən çatım
Ürəyinnən nələr keçir de gülüm.
Zülmət gecə şəmin olub yanaram,
Tellərinə çələng hörüb taxaram,
Sübhə kimi hey qadanı alaram
Ürəyindən nələr keçir de gülüm.
Seymur alıb Kəpəzindən məğrurluq
Mənim görə sənin üçün nə qulluq
Gəl olmasın,həsrət hicran soyuqluq
Ürəyindən nələr keçir de gülüm.
Yazar : Seymur Sönməz Paşayev
5.0
100% (3)