0
Yorum
0
Beğeni
0,0
Puan
698
Okunma
(Yanımda bir nəfər : " Şairlərin hamısı dəlidir " dedi. Bu söz mənə də toxundu)
Sən şairə " dəli " demə,
Qəm yükünü çəkir şair.
O əriyir için-için,
Dərdlərini sökür şair.
Şeir yazar gözəllikdən,
Uzaqlaşar rəzillikdən,
Xəbərdardı əzəllikdən,
Söz bağçası əkir şair.
Sən şairdən mərfət dilə,
O ömrünü verməz yelə.
Qulağına sırğa elə,
Dürrü-gövhər tökür şair.
05.07.2017.