2
Yorum
3
Beğeni
5,0
Puan
659
Okunma
Eyləmə divanə məni...
İstəyin qəlbdən alıb eyləmə divanə məni,
Onsuzda eyləyibsən eşq oda pərvanə məni.
Sürüyüb eşqin ilə salıbsan bir kor quyuya,
Edibsən nədən elə sevdaya biganə məni?
Mən özüm eşq dəlisi,sən də dəli sevdalısı
Çıx sahib eşqinə ki,salma eşqdə qanə məni.
İntizar həsrətin də əsəbimə qüvvə verir,
Bu ədan,nazın ilə yığıbsan lap canə məni.
Bayramın eşqini sən anla özü anlayan tək,
Yetişdir həsrət qalan sən kimi cananə məni.
2015.
5.0
100% (2)