Para, gübre gibi etrafa yayılmazsa işe yaramaz. baco
Bayram Məmmədov
Bayram Məmmədov

Gezirem...

Yorum

Gezirem...

( 2 kişi )

0

Yorum

3

Beğeni

5,0

Puan

745

Okunma

Gezirem...

Gəzirəm...

Susaraq haqsızlığa çəkib xəcalət gəzirəm,
Bu günə şükür deyib,"başı səlamət"gəzirəm...

Kimi vicdanı satıb kürsü hesaba "dolanır",
Yığaraq ətrafına qohum,əsaba "dolanır",
Məsumun iş-gücü yox,dozür əzaba "dolanır",
Olunur bizlərə də mənasız minnət,gəzirəm,
Susaraq haqsızlığa çəkib xəcalət gəzirəm,
Bu günə şükür deyib,"başı səlamət"gəzirəm...

Qarnım ac,gözüm isə zillənib yola dözürəm,
Başıma haqsızlardan gəlir çox bəla dözürəm,
Əzabdan büzüşərək dönüb bir çula dözürəm,
Harınlar əlindənsə çəkərək zillət dözürəm
Susaraq haqsızlığa çəkib xəcalət gəzirəm,
Bu günə şükür deyib "başı səlamət"gəzirəm...

Qorxuram haqqı tələb etməyə nalan gəzirəm,
Nəfəsim gedib gəlir,varlığım yalan gəzirəm,
Qismətim şeytan qapır,ruzisi talan gəzirəm,
Lal koram,insanlığa olur cinayət gəzirəm
Susaraq haqsızlığa çəkib xəcalət gəzirəm,
Bu günə şükür deyib "başı səlamət"gəzirəm...

Hələ ki söyləmirəm şər deyib böhtan atanı,
Qardaşı pula görə araq,şəraba satanı,
Vicdanı,qeyrəti pul olub çamura batanı,
Görürəm insanlığa edir xəyanət,gəzirəm,
Susaraq haqsızlığa çəkib xəcalət gəzirəm,
Bu günə şükür deyib "başı səlamət"gəzirəm...

Bu qədər oyunlara hey susuram səbrim ilə,
Susquna,susqunluğa dələduzlar qurur tələ,
Haqqımı sormaq isə haqqım ilə gəlmir dilə,
Xəyalda axtararaq haqla ədalət gəzirəm,
Susaraq haqsızlığa çəkib xəcalət gəzirəm,
Bu günə şükür deyib "başı səlamət"gəzirəm...

İnsanlar yolun azır,axirətdən yox xəbəri,
Boğaz qarından uca,ağılda qarın kədəri,
Nadanlıq anlamayır yaşam insanda ötəri,
Bunlara anlatmaqçün bilin həqiqət gəzirəm,
Susaraq haqsızlığa çəkib xəcalət gəzirəm,
Bu günə şükür deyib "başı səlamət"gəzirəm...
20.09.2016.


Paylaş:
3 Beğeni
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (2)

5.0

100% (2)

Gezirem... Şiirine Yorum Yap
Okuduğunuz Gezirem... şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Gezirem... şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Bu şiire henüz yorum yazılmamış.
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL