Sükutumdan dolayı kendimden başka kimse kabahatli değildir. En büyük düşmanım ben idim. NAPOLEON [Paylaş]
E-mail: Şifre: Facebook ile bağlan Üye ol | Şifremi Unuttum
Türkiye Şiir Platformu
ANASAYFA ŞİİRLER Edebiyat Defteri YAZILAR Edebiyat Defteri FORUM Edebiyat Defteri ETKİNLİKLER Edebiyat Defteri NEDİR? Edebiyat Defteri Kitap KİTAP  Edebiyat Defteri Tv TİVİ Edebiyat Defteri Sesli Şiirler MÜZİK Edebiyat Defteri BLOG Edebiyat Defteri Atölyeler ATÖLYE  Edebiyat Defteri BİCÜMLE Edebiyat Defteri ARAMA Edebiyat Defteri İLETİŞİM

Savalan Talıblı:"Alim Qasımovu televiziya vasitəsiylə izləyə bilmirəm..."

Savalan Talıblı:

Savalan Talıblı:"Alim Qasımovu televiziya vasitəsiylə izləyə bilmirəm..."


Savalan neçə ildir radioda işləyirsən və radioya gəlməyin necə oldu?

Aydin bəy, 2005-ci ilin sonları idi mən Azərbaycan radiosuna gəldim.Hardasa 6-7 ay ştatdan kənar işçi kimi çalışdım.İndiyənə kimi yadımdadır, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri,Millət vəkili Arif Alışanov sədr təyin olundugu vaxtdan məni radioda ştatla işə götürdü.Bu mənim iş-əmək fəaliyyətimin başlangıcı üçün çox böyük ugur oldu.Bir gənc jurnalist kimi mən ilk gündən sədrimizdən dəstək görmüşəm.Günü bugünə kimidə Azərbaycan radiosunun əməkdaşıyam
Radioya gəlişim isə lap coxdanki arzum idi.Sözün düzü özümü taniyandan Azərbaycan radiosunu dinləmişəm.Nə qədər mohtəşəm səslərə qulaq asmişam.Azərbaycanın ən sayilib secilən ziyalilari burada calisib,Bu radiodan xalqa xidmət ediblər.Məni bu radioya baglayanda səslər və o ziyalilar oldu.Özümu dünyanın ən xoşbəxt adamı sayıram kı,usaqlıq arzularım çin olub.

Radioda folklor redaksiyasında çalışırsan,aşıq yaradıcılıgıyla maraqlanırsan.Bugun radioda gənclərdə var,amma onların çoxu folklorla,aşıq yaradıcılıgıyla maraqlanmırlar.Maraqlıdır niyə məhz aşıq yaradıcılıgı və folkloru seçdin?

Əvvala onu deyim ki mən erməninin və ya fransizin folklorunu öyrənib,təblig etmirəm.Öz folklorumuzu,etnoqrafiyamızı,şıfahi xalq ədəbiyyatımızı,aşıq yaradıcılıgımızı öyrənirəm.Bunlar bizim milli-mənəvi sərvətlərimizdir.Bir gənc jurnalist kimi bunları öyrınməkdən zövq alıram.Folkloru,etnoqrafiyanı öyrənməklə yanaşı aşıq yaradıcılıgınıda öyrənirəm.Aşıq yaradıcılıgında olan hikmət,mənəviyyat hansı xalqın ədəbiyyatında ya folklorunda var?Gənclərimizin çoxu deyərdim ki umumiyyətlə folklorla,aşıq yaradıcılıgıyla maraqlanmırlar.Müasirlik yaxsıdır,amma biz öz keçmişimizi,milli-mənəvi dəyərlərimizidə unutmamalıyıq Estradanı, repi-rokuda dinləmək olar,ilk öncə hər kəs öz milliliyini qorumalıdır.Mən heç kimin adından danışa bilmərəm,mənə şəxsən aşıqla,folklorla maraqlanmaq,və bunlardan bəhrələnmək xoşdur.
AŞIq yaradiciliqina meyl gostərməyim təbiidir,cunki mən gözumü qədim Azərbaycan torpaqlarinda Dag Borçalısında acmisam.İndi bu ərazilər Ermənistan adlandırılır. O yerlər qədim Azərbaycan torpaqlaridi.Saza maragımda birbaşa dogulduqum yer-yurddan,ailəmdən gəlir.
Saz bügünümüzə gəlib çatan ən qədim musiqi alətimizdir.Sazın sinəsində nə qədər şeir,gərayili,qoşma,təcnis,müxəmməs var.Hansı xalqın ədəbiyyatında dodaqdəyməz,dildönməz var?Bunlar yerdən çıxmayıb,nədə kiminsə ədəbiyyatından ogramamışıq.Bu gözəllikləri aşıqlarımız yaradıb.Dədə Ələsgər saza,şeirə bir inqilab gətirib.Sazımiz aşıq Alinın, dədə Ələsgərin, Aşıq Hüseyin Bozalqanlının,Aşıq Əsəd Rzayevin,Hüseyn Şəmkirlinin, Dədə Şəmşirin, Aşıq İmran Hüsüynovun,Əkbər Həsənovun,Hüseyn Saraclının, və minlərlə ustad aşıqlarlmız sayəsində bugunumuzə gəlib cıxıb.Şəxsən mən bu gozəllikdən,ilahi eşqdən kənarda qala bilməzdim.Sazla baglı bildiklərimi efir vasitəsiylə dinləyiciyə catdiriram,məncə pislik etmirəm.Onuda söyləyə bilərəm ki,aşıga qulaq asmaq,aşıq ədəbiyyatını mənimsəmək hər adamın işi deyil.Aşıgı bilmək üçün,sevib mənimsəmək üçün insanın başının məhsulu olmalıdır.Cılız meyxanaya qulaq asan gənc təcnisi,qoşmanı,müxəmməsi necə dərk etsin.

Bəs niyə “İrəvan Çuxuru”

İrəvan Çuxuru bildiyiniz Qərbi Azərbaycanda ən qədim yurd yerlərimizdəndir.Artıq 4 ilə yaxındır kı, “İrəvan Çuxuru” verilişi dinləyicilərin görüşünə gəlir.Bu verilişdə Qərbi Azərbaycanın tarixyiylə,folkloruyla baglı elmi söhbətlər olur. Bildiyiniz kimi Qərbi Azərbaycandan olan soydaşlarımız 4 dəfə öz dədə-baba torpaqlarından deportasiya olunublar.Deportasiyayla,eləcədə başımıza gətirilən faciələrlə baglı bu verlişdə geniş söhbətlərimiz olur.Respublikanın ən tanınmış ziyalıları verilişə dəvət edirik və onların Qərbi Azərbaycanla baglı dəyərli fikirlərini dinləyicilərə çatdırırıq.Tarixi torpaqlarımızın tarixini,folklorunu öyrənmək və təblig etmək bir jurnalist kimi mənim borcumdur.Mən iş borcumdan çox vətandaş borcumu yerinə yetirirəm

Tamaşaçı kimi televiziyalarda gedən verlişlərə baxırsanmı?

Sözün düzü çox səbirsiz adamam.Səbrim çatıb nəyəsə axıra qədər baxa bilmirəm.Əvvəllər futbolla maraqlanırdım.Sonra sevdiyim komanda dalbadal uduzdu,mənidə tamaşaçı kimi həvəsdən saldı.İnanırsınız çox nadır hallarda televiziyada gedən hər-hansısa proqramı izləyə bilirəm.Bu yaxınlarda kanalların birində meyxana yarışması keçirilirdi onu izlədim.Düz 45 dəqiqə yarışmanı izlədim amma meyxana esitmədim.Çunki istirakçilarin hamısı icra başçılarından,iş adamlarından,həcilərdən,dost-tanışlardan sms istəyirdilər.Belə kefiyyətsiz proqramlar,şoular bizim kanallarda istədiyin qədərdi.Televizyilarda yarışmaların keçirilməyi tədqirə layiqdir.Amma meyxananı və musiqi yarışmalarını zay şəkildə təqdim etmək lazım deyil.Efirə aidiyyatı olmayan adamları efirə gətirib tamaşaçıya sırımaq olmaz.Tamaşaçının,xüsusəndə uşaqların tərbiyəsini,psixologiyasını zəhərrəmək olmaz.
Bizim kanallarda yemək şoularından,reklamlardan birdə muisiqi yarışmalarından başqa şey yoxdur.Birdəki vallah elə bir proqram yoxdur ki oradan nəsə öyrənim.Olanların hamısıda Türkiyə və Rusiya kanallarından ogurlanmış proyektlərdi.
Televiziya əslində informasiyanı yaymalıdır,maarifləndirməlidir.Bizim televiziya kanallarında isə informasiyadan,maarifləndirməkdən əsər-əlamət yoxdur.
Norveçdə yaşayan bir tanışım bir dəfə mənə zəng elədiki bəs Bakıda alim,həkim,folklorçu yoxdur.Cavab verdim ki bizim gözəl alimlərimiz,həkimlərimiz,tədqiqatçılarımız var.O adam söylədiki biz nə vaxt azərbaycan kanallarına baxırıq,bütün mövzularda mügənnilər kanallara dəvət olunur.Əslində o adam okeanın o başından bu biabırcılıgı görür reaksiya verir,bizlər isə buna göz görə-görə göz yumuruq.

Bəs radionu necə dinəyirsənmi?

Radionu dinləməyi çox sevirəm.Öz radimozu və digər dalgaları.Demək olar ki ən xosuma gələn məşguliyyət radio dinləməkdir.Elə mügənnilər var ki mən onlara efirdən baxa bilmirəm.Alim Qasımovu televiziya vasitəsiylə izləyə bilmirəm,amma radiodan ona saatlarla qulaq assamda doymuram.Elza Seyidcahanın isə nə tamaşaçısıyam,nə dinləyicisi.


Ataniz Tahir Talıblı ilə həmkarsınız, çətin deyilki bir yerdə işləmək?


Tahir Talıblı ilə bir radioda hətta bir redaksiyada işləmək mənə çətin deyil,əksinə cox xoşdur.Çünki mən atamı bir jurnalist,qələm adamı kimi yalniz işdə taniya bilirəm.Efirdən qabaq ssenarilərimi redaktə edir,bəzi tapsiriqlarini verir.Mən atamdan deyərdim ki az öyrənmişəm. Onun sayəsində mənim musiqi zövqüm,ədəbiyyata münasibətim formalaşıb. Onun mənim formalaşmagımda çox böyük rolu var. Tahir Talıblı mənim üçün ilk növbədə çox dəyərli qələm adamıdır, işlədiyim redaksiyanın isə baş redaktorudur.Evdə isə artıq atamdır.

Son yazılarının birində belə bir cümlə yazmısan.Dərd insan üçün qardaşdı,insandan kənarda dərddə yoxdu?Səni dərdə salan ammil nədi?

Aydın bəy,sevdiyim şair Musa Yaqubun diliylə desək,mənim dərdlərimin ayaqları var,harda olsa gəlib tapacaq məni.İnsan doqurdan da dərdlə qardasdi,Adam özündən başqa heç kimlə dərdləsə bilmir,oz dərdini yukunu hec kimə yükləyə bilməzsən.Çünki indi hərənin öz dərdi özünə bəsdir,hərənin dərdi özünə bir dəvədir.
İnsanların nə qədər sosial qaygıları,maddı sıxıntıları var.Dərdsiz-sərsiz elə bir adamda yoxdur axi sənin dərdlərinə şərik olsun.Məni dərdə salan amil desəm coxdur inanmazsiniz.Kimsəsiz usaqlari,atılmış qocalari,pis vəziyyətdə yaşayanları görəndə inanin bir necə gün özümə gəlmirəm.Elə o yazini mənə yazdiranda bunlardıBirdəki insanın dərdləri mücərəddi.Dərdləri görmək olmur ki onları yaxına buraxmayasan.Dərd səni necə tapır,səninlə necə yola gedir bundan xəbərin olmur.Müəyyən vaxtdan sonra görürsənki dərd sənə artıq yükdür.

Qarabagin qara bəxtinin düyününü acmaq bizlərə mumkun olacaqmi.İndiki zamanda gənclərimiz bu movzu haqda heç danişmaq istəmirlər,biz özümüzümü unuduruq yoxsa problem ve qaygilar bizə bunları unutdurur

Elə bir adam yoxdur ki problemi olmasin.Birinin universitetdə problemi var,birinin evdə,birinin işdə və çoxunununda şəxsi həyatında.Ev məişət qayqilarida basimizdan aşır.Suyumuz olanda,qazimiz olmur,qazimiz olanda isiqimiz.Demək olar ki bütün günümüzü bu problemlərə həsr edirik.Bunlar var deyə biz itirilmiş torpaqlarimizi unutmaliyiq.Əsla belə deyil və olmamalıdır.
Qarabag bizim əzəli dədə-baba yurd yerimizdir.Adam öz torpagını necə unuda bilər.Bizim elə ən böyük dərdimiz budur.Torpaqlarımızın işgal altda olması biz gəncləri əlbəttdə narahat edir.Bizim nə qədər sosial qaygılarımız olsada vətəni unutmamalıyıq.Vətəni unutmaq olarmı?
Qarabaqin qara bəxtinə,bu tam siyasi bir məsəldir,bura kim düyün vurub buda hamiya bəllidir.Lakin bizim bügün guclu ordumuz və uqurlu siyasət aparan dovlət bascimiz var,Şəxsən mən kecmiş bir əsgər kimi torpaqlarimizin geri qaytarilmasina əminəm,sözün əsl mənasinda bizim ordumuz gucludur.
Mən, sən, o bütün gənclər Qarabagı eləcədə bütün itirilmis yurdlari tanimalidir,bügün bizim ücün tək Qarabag problemi yoxdur.Biz Qarabagla yanasi İrəvanin,Göycənin, bütün Qərb torpaqlarimizn,Təbrizin,bir sözlə böyük Azərbaycanin gələcəyini düsünməliyik.Bunun ücün təhsilimizi artirmaliyiq,dünyanin müxtəlif yerlərində dünyanın muxtəlif xalqlarina millətimiz,tarixi torpaqlarimiz haqqinda bilgilər vermeliyik.Məncə informasiya muharibəsində həmisə ayiq sayiq olmaq lazimdir.

Kimləri oxuyursan?

Mənim çox sevdiyim şairlər,yazıçılar,filosoflar var.Mirzə Cəlili,L.N.Tolstoyu,Cek Londonu,Anarı,Əkrəm Əylislini,İsa Hüseynzadəni çox sevirəm.Nazim Hikmətin,Orhan Vəlinin,Yusuf Hayaloglunun,Əziz Nesinin,Məmməd Arazın,İsa İsmayılzadənin,Tofiq Bayramın,Söhrab Tahirin,Ramiz Rövşənin,Vaqif Bayatılı Ödərin,Vaqif Səmədoglunun,Camal Yusifzadənin şeirlərinin isə vurgunuyam. Aleksandr Makovelskinin Avreli Avqustinin, Epikürun maraqlı fikirlərini oxuyuram.Demək olar ki bunlardan çox bəhrələnirəm

Siyasətlə aran necədir?

Facebookda profilimdə yazmışam ki mənim öz siyasətim var.Mən yalnız öz siyasətimlə məşgul oluram.Sevdiyim siyasətçilər var.Müəmmar Qəddafini bir siyasətçi kimi çox sevirəm.Baxmayaraq ki onu faciəli şəkildə öldürdülər.Bəlkədə onun ölümüdə bir siaysətdir.Birdə metropolitenin rəisi Tagı Əhmədova simpotyam var.O adamı çoxları bəyənməsədə o öz işini görür.Onun sayəsində metro stansiyalarının sayı get-gedə artır


Deyirlər ki dalgalar sərt olanda qayalara cirpinib geri donər. Savalan üçün sevgi nədi sərt bir dalga yoxsa qaya?


Dalgalar sərt olsada olmasada həmisə qayaya dəyib geri qayidir.Sevgi mənim üçün ilahi eşqdir.Uca yaradanı sevməkdir.Biz yaradanı seviriksə demək yaradan bizə bu dünyada sevilməli,dadilmalı nə varsa hamısını sevməyə,dadmaga imkan verəcək.Mən elə “kitayski” sevənlər görmüşəm ki gündə bir-birinə min dəfə səni sevirəm deyir,və sonu nə olur.Vaxt itkisi.Heç vaxtı vaxt itkisiylə qarsilasmamisam,yəni sevməmisəm.Amma həyatımda olan xanımla çox xoşbəxtəm.

Ad günün ərəfəsindəyik.Təbrik gözləyirsənmi?

Əlbəttdə hamı kimi məndə öz yaxınlarımdan,dostlarımdan,tanışlarımdan təbrik gözləyirəm.Amma mənə ən dogma təbrik bir nəfərdən gəlib.Onun təbrikinə isə qarşıdakı illərimdə də ehtiyac duyuram.Allahın verdiyi ömrü onunla yaşamaq istərdim,və qarşıdakı dogum günlərimi onunla bir yerdə keçirsəm daha yaxşı olar.
2011-ci ilin son günləri idi,facebookda status yazmısdim ki, yeni il bayramında şablon sms oxumaq istəmirəm.Mənə orjinal təbrik smsi yazın.Ad günümdə də orjinal təbrik smsi oxumaq istərdim.

Bəs Azər Bülbülün səsi Savalan üçün nədi? Niyə bu səsi bu qədər özünə dogma hiss edir?

Aydin bəy,mənim ücun ən çətin Azər Bülbülü dinləməkdir.Cünki bu adamın səsi məni həqiqətəndə bütün problemlərdən,agri-acılardan uzaqlaşdırır.Azəri dinləyəndə mən həqiqətəndə istirahət edirəm,ruhum dincəlir.O çox böyük sənətçi idi.Heç vaxt təkrar olunmayacaq bir səsin və ürəyin sahibi idi.Bu yaxınlarda onun haqqında “Hər an hər şey ola bilər” adlı bir məqalədə yazmışdım. Onun haqqında çox danışa bilərəm.amma bilirəm ki sonda yenə mən özümə əziyyət verəcəm

Savalan bəy sonda sizə minnətdarlıgımı bildirirəm.Suallarımızı cavablandırdıgınız üçün çox sagolun
[ /kalin
]Məndə sizə təşəkkürümü bildirirəm.İşlərinizdə və şəxsi həyatınızda ugurlar sizin olsun!


Aydın MURADLI





Etiketler:




Savalan Talıblı:"Alim Qasımovu televiziya vasitəsiylə izləyə bilmirəm..." başlıklı yazıya henüz eleştiri yazılmamış.





Savalan Talıblı:"Alim Qasımovu televiziya vasitəsiylə izləyə bilmirəm..." başlıklı yazıya eleştiri yazabilmeniz için üye olmalısınız.

Üye değilseniz üye olmak için tıklayın.


Bilgi
Yayınlanma Tarihi:
24.2.2012 23:00:39
Toplam 0 yorum yapıldı
501 çoğul gösterim
496 tekil gösterim