5
Yorum
5
Beğeni
5,0
Puan
1611
Okunma

ElNURƏ AĞAZADƏ_Matəm edir bu gün sizə
Yaraşmayır ağı sizə,
Necə deyim layla sizə?
Gözdən axan yaşım belə,
Qəm ağlayır qəminizə
Matəm edir bu gün sizə
Gözünüzlə nələr gördüz?
Odlu alova büründüz
O dəhşətə necə dözdüz,
Bu dünyanın özü belə,
Matəm edir bu gün sizə
Günahınız nəydi sizin?
Necə qıydı sizə fələk
Qəlbinizdə neçə dilək?
Xeyri yazan hər bir mələk
Matəm edir bu gün sizə
Yanğın sizi qurban aldı,
Oyuncağın, arzun yandı
Ana deyən dilin yandı
Fərəh ,Ayan yerdə-göydə
Matəm edir bu gün sizə
Bu yazıydı bəxtinizə,
Xatirəniz qaldı bizə
Ağuşunda torpaq belə
Qan ağlayır isminizə
Matəm edir bu gün sizə
*
Elnurəyəm bir şairəm,
Necə yazım şeir sizə
Sözlər misrada belə
,Rəhmət deyir hər birnizə
Matəm edir bu gün sizə.
5.0
100% (7)