3
Yorum
4
Beğeni
5,0
Puan
651
Okunma
19 MAY
19 May günü, sevinirəm mən,
Qızımın anadan olan günüdür,
Həm də bu günə çox güvənirəm mən,
Atatürk dünyaya gələn günüdür.
Bir Aliyəm, Türk elinin qızıdır,
Ömrümüzə xoş məramlı yazıdır,
Axtaranda Asenanın özüdür,
Millətin dualar qılan günüdür.
Tanrı bizi dar ayaqda görübdü,
Bax bu gündə Atatürkü veribdi,
Atamız da arxamızda durubdu.
Xalqımın qələbə çalan günüdür.
Coculu, tərif et , 19 Mayı,
Bu bir ərmağandır millətin payı.
Üç yüz qırx milyondur Türklərin sayı,
Dünyanı heyrətə salan günüdür.
5.0
100% (3)