Bir kimseyi sahip olmadığı sıfatlarla övmek, onu kibarca yermek demektir. cemil sena
2ral-hesenli
2ral-hesenli

ANACAN

Yorum

ANACAN

( 2 kişi )

2

Yorum

2

Beğeni

5,0

Puan

1140

Okunma

ANACAN

(Bəzən daşa dönərik gözümüz heç nə görməz,
Göz yaşına dönərik bizi göz də götürməz!...)

Ana! Ana! Eşit məni anacan,
Sənin varlığına bilsən necə möhtacam!
Sənə susuzam, sənə acam.
Anacan!
Doqquz ay qaranlıq dünyanda qaldım,
Bir göbək bağından bir ömür aldım.
Mən tez böyüdükcə, sən tez qocaldın.
Lay-lay, lay-lay deyərdin,
Nə qədər əzizləyərdin,
Anlamazdım o zaman,
Körpə idim, bağışla.
Qollarında saat kimi,
Sağ-sola yelləyərdin,
Mışıl-mışıl yatanda mən,
Yorulub tərləyərdin.
Qorxmazdın ki, soyuq olar,
Üşüyərsən, donarsan,
Qorxurdun oyanaram,
Məni yerə qoyarsan.
Yuxusuz gecələrin o yorğun sabahları.
Ən yaxşısı olmusan sən bütün anaların.
Anacan!
Kaş qayıdıb keçmişə,
Öz gözümlə görəydim, məni böyütməyini.
İlk dəfə öz dilimdən ana dediyim zaman,
Sənin eşitməyini.
Sənin eşitməyini.
Sən mənə dünya verdin,
Mən sənə ana adın.
Mən ölümlü insanam,
Sənsə ölümsüz qadın!
Yadındamı anacan?!
Uşaq vaxtı deyirdim,
Böyüyən kimi:
-sənə dünya alacam.
Hələ böyüməmişəm, mən alacam, anacan!
Biz sənin gözlərində həmişə balan qaldıq,
Siz qocaldız amma biz,
Həmişə cavan qaldıq.
Anacan!
Əgər sevgi həyatsa,
Sən bambaşqa həyatsan.
Baharıma günəşsən,
Qışıma qarsan,
Yaxşı ki, varsan.
Yaxşı ki, varsan.
Sən yalnız bizlərə yox,
Lap yeri gələn zaman,
Atama da anasan, anacan!
Çox heyif ki, zaman qaçır, tutmaq olmur.
Hamı unudulur...
Bircə ananı unutmaq olmur.
Bizim hər bir dərdimiz, sənin nurlu üzünə,
Çəkib kobud qırışları.
O mənalı baxışların,
Bağışlayır mənə utanc,
Bağışlayır mənə qorxu.
Bağışlayır mənə sevgi.
Utanıram, çox qorxuram, çox sevirəm mən səni.
Anacan!
Uşaq vaxtı qaçardım
İsti qucağını açardın,
Böyük oğlan olsam da,
Balaca qollarına
-sığışardım.
Tumar çəkərdin mənə,
Mən ordaca yatardım.
Anacan!
Müqəddəs adının,
Sənin kimi qadının,
Övladına sevgi sirrin,
Heç bir kitab, heç bir şeir aça bilməz.
Nə möminlər, nə alimlər heç bir zaman tapa bilməz.
Ağıl ağıldan,
Nə qədər olsa da üstün,
Heç bir ağıl bu sevgini dərk edə bilməz!
Övlad öz anasın tərk edə bilər,
Analar heç zaman tərk edə bilməz!
Həyat ölümlü həyat,
Çətin və dözümlü həyat!
Mənə sən öyrətmisən,
Mənim həyat müəlliməm,
Sən olmusan anacan!
Həyatda hər şeyimi,
Təkcə sizə borcluyam!
Ana adına qurban,
Ana adına qurban!

Paylaş:
2 Beğeni
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (2)

5.0

100% (2)

Anacan Şiirine Yorum Yap
Okuduğunuz Anacan şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
ANACAN şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
CemalettinGÜRPINAR
CemalettinGÜRPINAR, @cemalettingurpinar
9.5.2015 21:26:33
5 puan verdi
Kutlarım bu güzel anlamlı şiiri selamlar...
Suat Zobu
Suat Zobu, @suat-zobu
8.5.2015 21:58:54
5 puan verdi
Ahh Analarımız, ana baba şiirine hiç dayanamam.

Çok duygulanırım. VAROL kardeşim.

İznin olmadan kişisel BLOG'uma aldım şiirini:

http://suatzobu.blogspot.com.tr/2015/05/anacan.html
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL