4
Yorum
6
Beğeni
5,0
Puan
1980
Okunma

Su içərik,
Boğazımız ağrıyar.
Boğazımız ağrıyar deyə,
Sudan küsmərik.
Yenə içərik.
Biz həmişə sevərik...
Vətənin daşına baxmaz,
Altına, başına baxmaz-
Vətəndaşına baxmaz,
Sevərik...
Daşı əziz, dağı əziz,
Ağacı, yarpağı əziz,
Vətənin torpağı əziz,
Altını-üstünü sevərik.
Vətən ana qucağıdır,
Vətən ata ocağıdır,
Bu ailə üçbucağıdır,
Ailəmizi sevərik...
"Oğul, sevgi bəzən tərəfsizdir.
Ən böyük sevgilər səbəbsizdir"
-demişdi atam...
Mən səni səbəbsiz sevirəm VƏTƏN...
5.0
100% (6)